"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanmasını ifadə edir" - DEPUTAT
"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanmasını ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Mən cənab Vensin səfərini ötən il Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirərdim. Bəli, son illər Azərbaycan beynəlxalq arenada ciddi müttəfiqlərdən biri olmuşdur. Birləşmiş Ştatlar Cənubi Qafqazda fəal iştirakını davam etdirir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisədir:
"Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də Türk dünyasına açılan strateji pəncərə kimi qiymətləndirilir. Məhz bu baxımdan vitse-prezidentin səfəri həm regional balans, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addımdır. Vitse-prezident çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib. Eyni zamanda, Azərbaycan Prezidenti ilə söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanla ABŞ arasında bir sıra yeni mərkəzlərin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...