"Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır" - AÇIQLAMA

"Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır" - AÇIQLAMA"Əvvəlcə qeyd edim ki, Azərbaycançılıq ideyası sadəcə şüar deyil. Bu, dövlətçilik fəlsəfəsidir. Bu ideya millətin tarixi yaddaşını, mədəni kimliyini, dilini, torpağa bağlılığını və müasir dünyada rəqabət qabiliyyətini özündə birləşdirən strateji konsepsiyadır. Ona görə də Azərbaycançılığın təbliği kampaniya xarakterli yox, sistemli və davamlı olmalıdır. Biz bir həqiqəti qəbul etməliyik ki, dövlətçilik təfəkkürü ilk növbədə ailədən başlayır. Uşaq ilk dəfə dil açanda "ana", "Vətən", "bayraq", "şəhid", "ordu", "dil" anlayışlarını ailədə eşitməlidir. Əgər valideyn dövlətə hörmət göstərirsə, milli dəyərlərə sahib çıxırsa, o uşaq üçün vətənpərvərlik təbii hissə çevrilir. Deməli, maarifləndirmə yalnız məktəbdə yox, ilk növbədə valideynlərlə iş müstəvisində də aparılmalıdır. Ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması dövlətçilik ideologiyasının ilkin pilləsidir. İkinci mərhələ məktəbəqədər təhsil, yəni bağça dövrüdür. Dövlətçilik təfəkkürü məhz bu yaşda formalaşmağa başlayır. Uşaqlara bayraq, gerb, himn, milli qəhrəmanlar haqqında yaş səviyyəsinə uyğun vizual və interaktiv materiallarla məlumat verilməlidir. Animasiya filmləri, uşaq kitabları, patriotizm və vətənpərvərlik ruhunda oyun proqramları hazırlanmalıdır. Azərbaycançılıq uşağa məcburi ideologiya kimi deyil, qürur hissi kimi aşılanmalıdır"

Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, təhsil sistemində isə konkret addımlar atılmalıdır:

"Tarix və ədəbiyyat dərslikləri faktoloji məlumatla kifayətlənməməli, milli kimlik şüurunu gücləndirən məzmunla zənginləşdirilməlidir. Eyni zamanda, qalib xalqın nümayəndəsi kimi müasir qəhrəmanlıq nümunələri - Vətən müharibəsi iştirakçıları, alimlər, mədəniyyət xadimləri dərsliklərdə və tədris metodikasında sistemli şəkildə təqdim olunmalıdır. Məktəblərdə debat klubları, dövlətçilik mövzusunda esse, məqalə və digər layihə müsabiqələri keçirilməlidir. Ali məktəblərdə "Azərbaycan dövlətçilik modeli", "Multikulturalizm və milli kimlik" kimi fənlərin yükü artırılmalıdır.

Media tərəfi isə bu prosesin ideoloji lokomotividir. Televiziyalar, sosial şəbəkələr reytinq naminə bayağılıq yox, milli düşüncəni gücləndirən məzmun istehsal etməlidir. Televiziyalarda sənədli filmlər, Vətən müharibəsi qəhrəmanları haqqında bədii filmlər, analitik proqramlar, tarixi seriallar, maarifləndirici tok-şoular artırılmalıdır. Sosial şəbəkələrdə gənclərə xitab edən, müasir dillə hazırlanmış videoçarxlar, ailə institutunu möhkəmləndirən vətənpərvərlik kontentləri vacibdir. Azərbaycançılıq ideyası rəqəmsal platformalarda da güclü şəkildə təmsil olunmalıdır".

Ekspert onu da vurğuladı ki, dövlət qurumlarının üzərinə düşən əsas vəzifə koordinasiyadır:

"Bu sahədə pərakəndə yox, vahid konseptual yanaşma olmalıdır. Gənclər siyasəti, diaspora fəaliyyəti, mədəniyyət strategiyası və informasiya təhlükəsizliyi bir-biri ilə uzlaşdırılmalıdır. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması da Azərbaycançılıq ideyasının mühüm tərkib hissəsidir.

Unutmayaq ki, Azərbaycançılıq təkcə etnik məfhum deyil, bu, vətəndaşlıq şüurudur. Bu torpaqda yaşayan hər kəsin özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi hiss etməsi çox vacibdir. Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır.

Hesab edirəm ki, Azərbaycançılığın effektiv təbliği üçün ailədən başlayan, bağçada formalaşan, məktəbdə sistemləşən, mediada möhkəmlənən və dövlət siyasəti ilə koordinasiya olunan vahid ideoloji xətt formalaşdırılmalıdır.

Çünki güclü dövlət yalnız güclü iqtisadiyyatla yox, həm də güclü milli şüurla qurulur. Azərbaycançılıq ideyası isə həmin milli şüurun strateji dayağıdır", - deyə baş redaktor əlavə edib.

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.
"Dövlətə sədaqət, qanuna hörmət, milli maraqlara bağlılıq bu ideyanın əsas sütunlarıdır" - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 684   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr