"Qafqazda sülh artıq sadəcə siyasi bəyanatlarda deyil, insanların və ideyaların sərhədlərdən maneəsiz keçidində yaşayır" - AÇIQLAMA

"Qafqazda sülh artıq sadəcə siyasi bəyanatlarda deyil, insanların və ideyaların sərhədlərdən maneəsiz keçidində yaşayır" - AÇIQLAMAErmənistanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

Sonxeber.az xəbər verir ki, dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.

"Fevralın 13-14-də Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində keçirilən ikitərəfli dəyirmi masa Cənubi Qafqazın hərbi-siyasi gərginlik dövründən institusional sülh və birgəyaşayış mərhələsinə keçidinin ən mühüm siyasi göstəricilərindən biridir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu hadisənin ən fundamental və strateji əhəmiyyət kəsb edən tərəfi Azərbaycan nümayəndə heyətinin bütün zəruri prosedurlardan keçərək məhz delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana daxil olmasıdır. Bu fakt delimitasiya prosesinin sadəcə texniki bir iş deyil, eyni zamanda iki dövlət arasında qarşılıqlı suverenliyin tanınmasının və sərhədin bir "divar"dan "körpü"yə çevrilməsinin praktiki təzahürüdür. Vətəndaş cəmiyyəti institutlarının bu formatda təmsil olunması rəsmi sülh gündəminin ictimai rəydə legitimliyini artırır və "ikinci kanal diplomatiyası"nın (Track II diplomacy) regiondakı effektivliyini nümayiş etdirir.

Azərbaycan tərəfindən aralarında Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev kimi nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin, habelə Ramil İsgəndərli, Könül Bədəlova və İlyas Hüseynov kimi tanınmış ekspertlərin yer aldığı 19 nəfərlik heyətin iştirakı, rəsmi Bakının sülh prosesinə intellektual və ekspert səviyyəsində nə dərəcədə ciddi önəm verdiyini göstərir. Bu heyət tərkibi həm iqtisadi-tranzit (Rauf Ağəmirzəyev), həm hüquqi, həm də sosial aspektləri əhatə edərək Ermənistan tərəfinin 20 nümayəndəsi ilə bərabərhüquqlu və genişmiqyaslı müzakirə platforması yaradır. Bu dəyirmi masa illərdir davam edən informasiya blokadasının və psixoloji baryerlərin qırılması üçün unikal fürsətdir; nümayəndə heyətlərinin quru sərhədi vasitəsilə bir-birinin ölkəsinə keçməsi regionda "normallaşma" prosesinin artıq geridönməz bir xarakter aldığının rəsmi mesajıdır. 2026-cı ilin bu mühüm fevral görüşü sübut edir ki, Cənubi Qafqazda sülh artıq sadəcə siyasi bəyanatlarda deyil, həm də insanların və ideyaların sərhədlərdən maneəsiz keçidində yaşayır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 771   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr