Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru

Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuruBu il fevralın 13-dən 15-ə kimi artıq 62-ci dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransı əvvəlki illərlə müqayisədə daha çox dövlət, hökumət başçılarının iştirak etdiyi tədbir kimi tarixə düşdü. Belə ki, builki konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edib, konfransın işini 115 ölkədən gəlmiş 1000-dən çox jurnalist işıqlandırıb.
Növbəti dəfə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına və "France 24" telekanalının "Üzbəüz" verilişinə müsahibə verib.
Müsahibənin əvvəlində avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşə, bu zaman imzalanan bəyənnaməyə toxunuldu. Prezident İlham Əliyev bildirib ki, tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq.
ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur.
Cənab Prezident müsahibəsində vurğulayıb ki, hazırda Ermənistanda ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirilməsi planlaşdırılır. Bu baş tutduqdan və orada qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı maddələr çıxarıldıqdan sonra 30 ildən artıq müddət ərzində müharibə şəraitində yaşayan iki dövlət arasında sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. "Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq", - deyə dövlətimizin başçısı bildirib.
Bölgədə sülhün bərqərar olmasında Amerika Birləşmiş Ştatları çox vacib rol oynayır. Ona görə də Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq 40 km-lik marşrut məhz Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. ABŞ Vitse-prezident Vensin bölgəyə səfəri zamanı Azərbaycanla ABŞ hökumətləri arasıda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması isə böyük əhəmiyyətə malik bir sənəd oldu. Beləliklə Azərbaycan dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı oldu. Sənədə əsasən enerji, bağlantı, süni intellekt, investisiya və ticarət, müdafiə məhsullarının satışı kimi bəndlər yer alıb, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Azərbaycan-Ermənistan arasında 30 ildən artıq bir dövrdə mövcud olan gərgin vəziyyət, müharibə şəraiti, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı müddətdə Fransanın ölkəmizə qarşı qərəzli münasibəti, Ermənistanı bütün vasitələrlə müdafiə etməsi, bütün vasitələrlə təcavüzkarın yanında olması yaxşı məlumdur. Ona görə də Fransanın "France 24" telekanalının müxbirinin ölkə başçısına Ermənistanla bağlı sualların ünvanlanması təbii hal idi. Prezident İlham Əliyev Münxendə Bakıda keçirilən hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxs barədə çıxardığı ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında onların Azərbaycan ərazisində, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləri olduğunu bildirib. "Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz", - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev ötən ilin sonunda Fransa Prezidenti Makron ilə görüşdüyünü, qörüşün çox müsbət keçdiyini, hər şeyi yenidən başlamaq barədə razılığa gəlindiyini və ölkəmizin buna hazır olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.
Beləliklə, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və ölkəmizin başçısının müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı regional təhlükəsizlik məsələlərində məsuliyyətli mövqe tutur və sülh gündəliyini qlobal müstəvidə ardıcıl şəkildə təşviq edir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 345   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun