"Azərbaycançılıq ideyası milli-mənəvi dəyərlər üzərində möhkəmlənir" - DEPUTAT
"Bu gün hər bir millətin ayaqda qalmasını təmin edən bir neçə mühüm komponent mövcuddur. Onlardan ən vaciblərindən biri milli və mənəvi dəyərlərdir. Azərbaycançılıq ideyası da məhz bu dəyərlər üzərində formalaşıb və xalqımızın mənəvi bütövlüyünü təmin edən əsas ideoloji sütunlardan biridir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.
O, açıqlamasında qeyd edib ki, hazırda ölkəmizdə dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, tarixi ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır:
"Hesab edirəm ki, biz şanslı və xoşbəxt bir millətik. Çünki zəngin tarixi köklərə, güclü milli dəyərlərə və möhkəm ənənələrə sahibik. Məhz bu dəyərləri qorumaqla yanaşı, onları müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək imkanlarımız da kifayət qədər genişdir.
Düşünürəm ki, bu proseslərin daha da irəli aparılması üçün qanunvericilik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə bağlı vahid və məqsədyönlü dövlət proqramının qəbul olunmasına ehtiyac var. Bununla paralel olaraq, cəmiyyət daxilində, xüsusilə də gənclər arasında davamlı maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Yalnız bu yolla gənc nəsli milli kimliyimizə bağlı şəkildə formalaşdırmaq, onları yad təsirlərdən qorumaq və azərbaycançılıq ideyasını daha da gücləndirmək mümkündür".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
SOCAR neftçiləri təbrik edib
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...