"Kanalları övladımızla izləyə bilmirik, xəcalət çəkirik"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərdəki mövcud vəziyyətlə bağlı narazılığını dilə gətirib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda ölkə rəhbərliyinə və sənət adamlarına müraciət edib:
"Bu videonu çəkməkdə bir məqsədim var. Mən bu günə qədər şəraitimə, fəxri ada, nə də başqa titula görə heç bir zaman ölkə başçımıza müraciət etməmişəm. Amma efirdəki bugünkü vəziyyətə görə məcburam, bu, bizi uçuruma aparır.
Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri və sənət adamları da baxırlar. Mənə bunu dəfələrlə deyiblər.
Azərbaycan musiqisinə ləkə gətirən insanlar haqqında çox hörmətli cənab Prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevaya, mədəniyyət nazirimiz Adil Kərimliyə müraciət etmək istəyirəm.
Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm, bugünkü verilişlərdə olan biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu, bir biabırçılıqdır.
Verilişlərin 90 faizində ailələrdən, hansısa oxuyanın ailəsinin dağılmasından, həyat yoldaşına corab geyindirməsindən, bədən şəkilləndirmədən və bədən haqqında danışırlar. Yəni ki, çox biabırçılıqlar baş verir.
Mən bütün sənətkarlara müraciət edirəm. Əməkdar və Xalq artistləri, Şərəf və Şöhrət ordenli sənətkarlar, bu adlar sizə dövlət tərəfindən verilib Siz Azərbaycan musiqisinə qulluq edirsiniz, onu göylərə qaldırırsınız. Allah sizdən razı olsun. Ancaq bu müraciəti siz də edin. Prezidentimizdən və Mehriban xanımdan çox xahiş edirəm, bununla ciddi məşğul olun. Biz bu biabırçılıqdan qurtulmaq istəyirik.
Heç bir kanalı açıb övladımızla izləyə bilmirik, baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizlik və əxlaqsızlıq baş verir. Səhər verilişlərinə baxsanız görərsiniz, davalar, söyüşlər, tənqidlər... Bir çox kanallarda yaxşı verilişlər də var.
Bir neçə gündür ki, bu hadisələr mənim əsəbimi çox pozub. Sənətkarlara fəxri adlar Azərbaycan musiqisini qoruyub saxlamaq üçün verilib. Yeri gələndə danışmalısınız. Sizdən xahiş edirəm, danışın, nə vaxta qədər susacaqsınız?!".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanıb, ayrıla bilməyən məşhurlar
Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe
30 avqustMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabrLedi Qaqa ana oldu - Foto
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar
12 sentyabrAlimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10 sentyabrRöya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
4 sentyabrİllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"
9 sentyabrRüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabr