Qabyuyan maşın tableti əlində partlayan qadının gözündə ciddi problemlər yaranıb - VİDEO
Məişətdə geniş istifadə olunan qabyuyan maşın tabletləri ilə bağlı xəbərdarlıq sosial mediada müzakirələrə səbəb olub. Türkiyədə yaşayan gənc qadın Begüm Akyol yaşadığı hadisəni paylaşaraq oxşar təhlükələrə diqqət çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 00:30 radələrində baş verib. Akyol qabyuyan maşını işə salmaq üçün tableti xüsusi bölməyə yerləşdirmək istəyərkən məhsulun qəfil partlayaraq üzünə, xüsusilə də gözünə sıçradığını bildirib. Onun sözlərinə görə, əvvəlcə görməsində zəifləmə hiss edib, daha sonra gözündə güclü yanma və batma başlayıb. Təcili tibbi yardım şöbəsində gözü yuyulub və damcılar təyin edilsə də, ağrının uzun müddət davam etdiyini deyib.
Həkim müayinəsi zamanı tabletin tərkibindəki kimyəvi maddələrin buynuz qişaya zərər vurduğu və gözdəki damarları yandırdığı müəyyən edilib. Mütəxəssislər bu cür məhsulların tərkibində yüksək konsentrasiyalı təmizləyici maddələr olduğunu və onlarla ehtiyatla davranmağın vacibliyini vurğulayırlar.
Akyol sosial şəbəkədə paylaşdığı görüntülərlə insanların diqqətini bu riskə yönəltmək istədiyini bildirib. O, hadisəni yaşamazdan əvvəl belə bir təhlükənin mümkünlüyünü düşünmədiyini, lakin paylaşımından sonra çox sayda oxşar hadisə ilə qarşılaşan insanların ona yazdığını qeyd edib.
Mütəxəssislər məişət kimyəvi vasitələrindən istifadə zamanı qoruyucu tədbirlərə əməl etməyi, məhsulları açarkən üz və gözlə təmasdan qaçmağı, mümkün olduqda qoruyucu əlcək və eynəkdən istifadə etməyi tövsiyə edirlər. Gündəlik istifadə olunan vasitələr belə, düzgün istifadə edilmədikdə ciddi sağlamlıq riskinə çevrilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 680 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr