"Memorial kompleks yalnız faciənin xatirəsini əbədiləşdirməyəcək..." - DEPUTAT
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və digər rəsmi şəxslərlə birgə 26 fevral 2026-cı il tarixində Xocalı şəhərində yeni inşa edilmiş Xocalı Soyqırımı Memorial Kompleksinin rəsmi açılışında iştirak edərkən faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev bu soyqırımını erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayət kimi qiymətləndirmişdir:
"İlham Əliyev çıxışında bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir. Uzun illər ərzində Azərbaycan dövləti, ictimai və qeyri-hökumət təşkilatları, xüsusilə Heydər Əliyev Fondu vasitəsilə dünyada Xocalı soyqırımının tanıdılması, tarixi təhriflərin qarşısının alınması və beynəlxalq səviyyədə ədalətin bərqərar edilməsi üçün geniş kampaniya aparmışdır. Bu təşəbbüslər nəticəsində 20-dən artıq ölkə Xocalı hadisələrini genosid kimi rəsmi tanımışdır.
Ölkə başçısı həmçinin vurğulamışdır ki, Azərbaycanın əsas prioriteti ölkənin ərazi bütövlüyünün tam bərpası və ədalətin təmin olunması olmuşdur. Uzun illər davam edən hazırlıq, güclü ordu və iqtisadiyyatın formalaşması nəticəsində Azərbaycanın haqq işini beynəlxalq səviyyədə tanıtdığı və bu yolda qələbə qazandığı diqqətə çatdırılmışdır.
Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan şəxslər isə müxtəlif dövrlərdə saxlanılaraq məhkəmə qarşısına çıxarılmışdır. Bu, ədalətin tam təntənəsidir.
Prezident həmçinin inşa edilmiş memorialı "sarsılmaz yaddaşın təcəssümü" kimi xarakterizə etmişdir. Bu kompleks yalnız faciənin xatirəsini əbədiləşdirməyəcək, eyni zamanda gələcək nəsillərə tarixi dərs verəcək, xalqın əzmkarlığını və şərəfini yaşadacaqdır. Memorial kompleksi Azərbaycanın güclü və suveren dövlət olduğunu göstərən mühüm simvoldur. Azərbaycan artıq 1990-cı illərdəki vəziyyətdə deyil; güclü orduya və sabit siyasətə malik olduğu bütün dünyaya nümayiş etdirilmişdir. Bu gün dövlətimiz güclüdür, özünü müdafiə etməyə qadir dövlətdir. Son 80 il ərzində dünyada dövlətimiz qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün xalqımız sülh içində yaşayır və bunun təminatçısı Azərbaycan dövləti və ölkə başçısının siyasətidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...