Dörd gün, üç gecə fasiləsiz şəkildə onlayn oyun oynayan universitet tələbəsi beyin qanaması keçirərək həyatını itirib
Tayvanda dörd gün üç gecə fasiləsiz şəkildə onlayn oyun oynayan universitet tələbəsi beyin qanaması keçirərək həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı gənc qış tətili müddətində kompüter qarşısında uzun saatlar keçirib və demək olar ki, ümumiyyətlə yatmayıb. Ailəsinin istirahət etməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan tələbənin dörd gün ərzində qidalanma və digər əsas ehtiyaclarını da ciddi şəkildə ihmal etdiyi bildirilir.
Məlumata əsasən, gecə saatlarında beynindəki atardamarlardan birinin yırtılması nəticəsində ağır beyin qanaması baş verib və gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra nevroloqlar uzunmüddətli yuxusuzluğun orqanizm üçün ciddi təhlükə yaratdığını vurğulayıblar. Mütəxəssislərin sözlərinə görə, davamlı yuxusuzluq arterial təzyiqi kəskin şəkildə yüksəldə, damar divarlarının zəifləməsinə və yırtılmasına səbəb ola bilər. Xüsusilə genetik meyilliyi olan şəxslərdə insult və beyin qanaması riski bir neçə dəfə artır.
Qeyd edək ki, Tayvanda əvvəlki illərdə də internet kafelərdə günlərlə fasiləsiz oyun oynayan gənclərin qəfil ölümü ilə bağlı oxşar hadisələr zaman-zaman ictimaiyyətin diqqət mərkəzinə düşüb. Hadisə yenidən rəqəmsal asılılıq və sağlam həyat tərzi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1551 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabr