ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib
ABŞ Hərbi Hava Qüvvələrinin dörd "B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana yeni zərbələrə hazırlığı çərçivəsində İngiltərənin cənub-qərbindəki Ferford hava bazasına köçürülüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, bombardmançılardan biri martın 6-da Britaniyaya gəlib, daha üç təyyarə isə martın 7-də bazaya yerləşdirilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi "B-1" təyyarələrinin gəlişini təsdiqləyib.
"ABŞ İranın bölgədə Britaniya vətəndaşlarının həyatını riskə atan raket atışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatları məqsədilə Britaniya bazalarından istifadə etməyə başlayıb", - nazirliyin bəyanatında deyilib.
Güman edilir ki, ABŞ İrana zərbələr endirmək üçün Ferford bazasından döyüş uçuşlarını "yaxın günlərdə" həyata keçirməyə başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 553 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
Yarasalarda insan hüceyrələrinə asanlıqla daxil ola bilən təhlükəli virus aşkarlanıb. xəbər verir ki, Şərqi Afrikada yaşayan yarasalarda KY43 adlı yeni virus aşkar edilib və onun insanlara keçə bilmə ehtimalı var. Araşdırmalar göstərib ki, bu virus insan ağciyər hüceyrələrinə yapışa bilir ki, bu da yen
26 aprel300-dən çox uşaq şprisin qurbanı oldu - qalmaqalın təfərrüatları
Pakistanın Pəncab əyalətində tibbi faciə baş verib. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər azı 331 uşaqda HİV infeksiyası aşkar edilib. Ölümcül virusun yayılma mərkəzi isə Taunsa şəhərində yerləşən dövlət xəstəxanası olub. xarici istinadla xəbər verir ki, jurnalistlərin gizli çəkilişlər
26 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprel