"Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib" - DEPUTAT

"Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib" - DEPUTAT"Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib"- bunu Sonxeber.az -a açıqlama verən deputat Pərvanə Vəliyeva deyib:

"Forumun açılışında çıxış edən Prezident İlham Aliyev vurğuladı ki, müasir dünyada təhlükəsizlik və sabitlik hər bir dövlət üçün əsas prioritetə çevrilib. Çünki təhlükəsizlik olmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq mümkün deyil. Sülh və təhlükəsizlik bütün digər inkişaf proseslərinin təməlidir.
Prezident təxminən 30 il ərzində Azərabycan ərazilərinin Ermənistanın işğalı altında qalması və bu dövrdə beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi problemlərdən danışdı. Beynəlxalq sistemdə ədalətsizliklərin olmasını vurğuladı. Prezident Azərbaycanın öz suverenliyini bərpa etməsini beynəlxalq hüquqa əsaslanan legitim addım olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücünə bərpası region üçün dönüş nöqtəsi yaratdı. Prezident bu prosesdən sonra sülhün bərqərar edilməsinin daha çətin mərhələ olduğunu vurğuladı. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və regionda sabitliyin təmin edilməsi üçün siyasi iradə tələb olunurdu. Bu kontekstdə sülhün əldə olunması Azərbaycan tərəfindən təqdim olunan mühüm diplomatik uğurdur.
Prezident öz çıxışı zamanı Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola da toxundu. Müasir dünyada enerji resursları yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik məsələsi kimi qəbul olunur. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi və neft və qaz ixrac edən ölkə olaraq müxtəlif regionların enerji təhlükəsizliyinə töhfə verir və bu istiqamətdə əməkdaşlığı genişləndirir.
Prezident həmçinin, vurğuladı ki, münaqişələr və geosiyasi gərginliklər beynəlxalq ticarət marşrutlarının fəaliyyətində çətinliklər yaradır və buna görə də alternativ logistika yolları böyük əhəmiyyət qazanır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi kimi qlobal ticarət və tranzit sistemində vacib rol oynayır. Bu isə ölkəmizin regional inteqrasiyada strateji mövqeyini gücləndirir.
Çıxışın sonunda Prezident beynəlxalq əməkdaşlığın və dialoqun vacibliyini bir daha vurğuladı. O qeyd etdi ki, müasir dünyada mövcud olan münaqişələr və qarşıdurmalar yalnız dialoq və əməkdaşlıq yolu ilə həll oluna bilər.
Digər beynəlxalq platformalardan fərqli olaraq, Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər də müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 711   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr