Kiçik balıq 100 min ildir özünü klonlaşdırır: Bu necə baş verir?
Meksika və Cənubi Texas çaylarının şirin su məkanlarında yaşayan kiçik, lakin unikallığı ilə seçilən balıqlar var - bütün nəsil yalnız dişilərdən ibarətdir və onlar təkcə cinsiyyətə bağlı olmayan üsulla çoxalırlar. Bu balıqlar "Amazon molineziyası" (Poecilia formosa) adlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic" yazıb.
Alimlər qeyd edir ki, bu balıqlar təkamül paradoksudur. "Nature" jurnalında dərc olunmuş tədqiqat göstərir ki, Amazon molineziyaları cinsiyyətsiz çoxalmanın mənfi nəticələrindən əziyyət çəkməyiblər.
Amazon molineziyaları necə çoxalır?
Amazon molineziyaları kiçik, dairəvi qanadlı balıqlardır və ölçüləri böyük barmaqdan çox deyil. Onlar Yunan mifologiyasındakı qadın döyüşçülərin adı ilə adlandırılıb və təxminən 100 000 il əvvəl meydana gəliblər.
Alimlər hesab edir ki, bu növ hibrid mənşəyə malikdir. Balıqlar ehtimal ki, Atlantik molineziyası dişisi ilə Sailfin molineziyası erkəyinin cütləşməsindən yaranıb. Normal halda fərqli növlərin cütləşməsi nəticəsində övladlar sonsuz olur, amma bu nümunə istisnadır.
Amazon molineziyası dişiləri özünü klonlama prosesini - gynogenez - başlatmaq üçün digər növ molineziyası erkəkləri ilə cütləşməlidirlər. Maraqlıdır ki, övladlar bu erkəklərin DNT-sini heç vaxt daşımır.
Balıqların zərərli mutasiyaları yığmamasının sirri
Münhen Ludwig Maximilian Universitetinin hesablama biologu Edvard Ritzmeyer izah edir ki, amazon molineziyaları yaranandan təxminən 10 000 il sonra genetik mutasiyaların yığılması nəticəsində yox olmalı idilər, amma bu növ hələ də mövcuddur.
Ritzmeyer bildirib ki, uzun illər alimlər başa düşə bilmirdilər ki, cinsiyyətsiz növlər, xüsusilə mürəkkəb onurğalılar, zərərli mutasiyaları necə yığmırlar. Onun komandası aşkar edib ki, bu balıqlar öz genetik "təmizləməsini" on minlərlə il edir.
Bioloq əlavə edib ki, bu proses gen konversiyası adlanır və o, xromosom DNT hissəsinin digər homoloq xromosomdakı uyğun ardıcıllıqla əvəz olunmasından ibarətdir.
Alimlər həmçinin ehtimal edir ki, amazon molineziyasında gen konversiyası cinsiyyətlə çoxalan növlərdə valideyn genlərinin qarışdığı "krosingover" rekombinasiyasının yerinə keçir. Bu, əvvəllər yalnız cinsiyyətlə çoxalan növlərdə müşahidə olunub və bu, ilk dəfə elmi sübut olunmuş nümunədir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 432 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabr