"31 mart tarixi Azərbaycanda xalqımızın yaddaşında dərin iz buraxmış faciələrin anım günü kimi qeyd olunur" - DEPUTAT

"31 mart tarixi Azərbaycanda xalqımızın yaddaşında dərin iz buraxmış faciələrin anım günü kimi qeyd olunur" - DEPUTAT"31 mart tarixi Azərbaycanda xalqımızın yaddaşında dərin iz buraxmış faciələrin anım günü kimi qeyd olunur. Bu gün 1918-ci il mart hadisələri zamanı həyatını itirmiş minlərlə günahsız insanın xatirəsi ehtiramla yad edilir. Həmin hadisələr yalnız bir dövrün faciəsi deyil, eyni zamanda xalqımızın üzləşdiyi tarixi ədalətsizliklərin acı nümunəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu günün dövlət səviyyəsində qeyd olunması Heydər Əliyev tərəfindən verilmiş siyasi-hüquqi qiymətin nəticəsidir:

"Bu qərar milli yaddaşın qorunması, tariximizin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı addımlar tarixə verilən dəyərin və milli yaddaşa hörmətin bariz nümunəsidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, tariximizin müxtəlif mərhələlərində, o cümlədən Birinci Qarabağ müharibəsi dövründə də Azərbaycan xalqı oxşar faciələrlə üzləşib. Bu hadisələr bütövlükdə xalqımızın yaddaşında böyük ağrı və itki hissi formalaşdırıb.

31 mart təkcə keçmişi xatırlamaq günü deyil. Bu, həm də tarixdən nəticə çıxarmaq, milli birliyimizi gücləndirmək və belə faciələrin bir daha təkrarlanmaması üçün çalışmaq günüdür. Bu baxımdan, cəmiyyət olaraq həmrəyliyimizi qorumaq, tariximizi düzgün öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 826   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021