Uşağı abort etdirmədiyi üçün sevgilsinin öldürən bələdiyyə sədri hətşeyi etiraf etdi - VİDEO
Adanada göldə tapılan qadının qətlinin təfərrüatları üzə çıxdı
Türkiyənin Adana vilayətində göldə tapılan qadın meyiti ilə bağlı aparılan istintaq dəhşətli cinayətin üstünü açıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisənin təfərrüatları ictimaiyyətdə ciddi rezonans doğurub.
Adananın Tufanbəyli rayonunda yerləşən Kürebeli gölündə meyiti aşkarlanan 27 yaşlı, bir uşaq anası Bahar Aksütün qətlə yetirildiyi müəyyən olunub. Araşdırmalar zamanı məlum olub ki, qadın yaşadığı ərazinin bələdiyyə sədri , 44 yaşlı Mustafa Arıkan tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisə 5 aprel tarixində çobanların göldə hərəkətsiz qadın cəsədi görərək jandarmaya məlumat verməsi ilə üzə çıxıb. Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə etdikdən sonra onun zorakılıq nəticəsində öldürüldüyünü müəyyən ediblər. Meyit Adana Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib.
Aparılan araşdırmalar nəticəsində cəsədin 9 gün əvvəl itkin düşən Bahar Aksütə aid olduğu təsdiqlənib. Əslən Ərzincandan olan Aksütün Tufanbəylidə bir pivəxanada ofisiant kimi çalışdığı bildirilib. Ekspertiza zamanı onun hamilə olduğu və bədəninə 8 bıçaq zərbəsi vurulduğu məlum olub.
İstintaq çərçivəsində qadının ərazinin bələdiyyə sədri Mustafa Arıkanla münasibətdə olduğu üzə çıxıb. Məlumata görə, Aksüt Arıkandan hamilə qalıb və kişi ondan uşağı abort etdirməsini tələb edib. Qadın bu tələbi qəbul etmədikdə isə aralarında mübahisə yaranıb.
Saxlanılan Mustafa Arıkan ifadəsində cinayəti etiraf edərək bildirib ki, hadisə günü Bahar Aksütü göl ərazisinə aparıb, abort etdirməsi üçün təzyiq göstərib. Qadın razılaşmadıqda isə onu bıçaqlayaraq qətlə yetirib və meyiti gölə atıb.
Arıkan həmçinin qeyd edib ki, hadisədən əvvəl Bahar Aksüt və onun rəfiqəsini Kahramanmaraşın Elbistan rayonundan Tufanbəyliyə gətirib. Onun sözlərinə görə, cinayət baş verən zaman dostları Vural Ö. və Kader K. hadisə yerində olmayıblar.
Polis Arıkanın ifadəsi əsasında adı çəkilən şəxsləri də saxlayıb. Onlar cinayətdən sonradan xəbər tutduqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Mustafa Arıkan qətl, digər iki şəxs isə cinayətə yardım etməkdə ittiham olunaraq həbs ediliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 911 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr