"Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir" - DEPUTAT

"Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir" - DEPUTAT"Ermənistanda parlament seçkiləri iyun ayının 7-nə planlaşdırılıb. Seçkilər yaxınlaşdıqca cəmiyyətdə gərginlik artır. Əsasən iki qüvvə arasında gedən mübarizə Ermənistanın hüdudlarından kənara çıxır və ölkə geosiyasi rəqabət meydanını xatırladır. Bir tərəfdə Qərb dairələri tərəfindən dəstəklənən və siyasi hakimiyyəti təmsil edən baş nazir Paşinyan, digər tərəfdə isə Moskvanın dəstəklədiyi, Robert Koçaryan və rusiyalı milyarder Samvel Karapetyanın başçılığı ilə əsasən keçmiş Qarabağ klanından ibarət revanşist, daşnak-millətçi qrup dayanır. Açıq-aşkar hiss olunur ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında gərgin mübarizə gedir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, son müşahidələrə və sosial sorğuların nəticələrinə görə, Paşinyan reytinq baxımından irəlidədir:

" Bununla yanaşı, xarici təzyiqlərin təsiri nəticəsində sensasiyalı hadisələrin baş verməsi də mümkündür. Seçkilərdən sonra Ermənistan daxilində qarşıdurmaların artacağını, hətta vətəndaş müharibəsinin belə baş verə biləcəyini proqnozlaşdırmaq olar.

Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir. Erməni xalqı bilməlidir ki, ölkəsinin təhlükəsizliyi və inkişafı qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks təqdirdə, Ermənistan dövlətinin varlığına və təhlükəsizliyinə heç kim zəmanət verə bilməz".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 988   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021