Avtomobilində yuxuya gedən kişi, oyananda görmə qabiliyyətini itirdi - VİDEO
Türkiyənin Sakarya şəhərində avtomobilinin oturacaqlarını təmizlədikdən sonra maşında yuxuya gedən 45 yaşlı Yasin Kurtun həyatı bir gecədə dəyişib. Kimyəvi buxar və karbonmonoksit qazından zəhərlənən iki uşaq atası görmə qabiliyyətinin böyük hissəsini itirib.
Sonxeber.az xarici mediaya istinadlla xəbər verir ki, əvvəllər Qaziantepdə marketinq müdiri kimi çalışan Yasin Kurt şirkəti iflas etdikdən sonra ailəsi ilə birlikdə Sakaryaya köçüb. O, ötən ilin noyabr ayında avtomobilinin oturacaqlarını təmizləyərkən başlayan yağış səbəbindən maşında gözləməyə qərar verib. Oturacaqların tez quruması üçün avtomobili işlək vəziyyətdə saxlayaraq sobanı yandıran Kurt bir müddət sonra yuxuya gedib.
Təxminən iki saat bağlı maşında qalan kişi kimyəvi buxar və avtomobilə sızdığı ehtimal edilən karbonmonoksit qazından ağır zəhərlənib. Vəziyyəti pisləşən Yasin Kurt xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyada qalıb. Həkimlər onun sağ qalma şansının çox az olduğunu bildirsələr də, o, həyata tutuna bilib.
Lakin ağır zəhərlənmə nəticəsində görmə qabiliyyətinin təxminən 90 faizini itirən Kurt uzun müalicədən sonra qismən hərəkət qabiliyyətini bərpa edib. Hazırda Eskişehirdə yaşayan və iki uşaq atası olan Yasin Kurt yenidən işləmək və həyatını davam etdirmək üçün iş axtardığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 815 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrBakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
7 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabr