Şam qozasından hazırladığı turşu bir çox xəstəliyin dərmanı oldu! - VİDEO
Türkiyənin Yozqat şəhərində yaşayan Yasin Ali Er və Mütəbər Hatun Er cütlüyü təbiətin təqdim etdiyi imkanlardan yararlanaraq maraqlı bir məhsul hazırlayıb. Daha əvvəl şam qozasından mürəbbə və sirkə istehsal edən Mütəbər Hatun Er bu dəfə qozadan turşu hazırlayaraq diqqət çəkib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, kimyəvi məhsullardan uzaq durmağa üstünlük verən Er, yaşıl şam qozalarının sağlamlığa faydalarını araşdırdıqdan sonra onları müxtəlif üsullarla emal etməyə başlayıb. O, əvvəlcə təbiətdən topladığı qozalardan mürəbbə və sirkə hazırlayıb. Məhsulların müsbət nəticə verməsindən sonra reseptlərini inkişaf etdirərək çam qozasından turşu da hazırlamağa qərar verib.
Mütəbər Hatun Er bildirib ki, qozaları topladıqdan sonra yuyur, sirkəli suda bir gecə saxlayır və daha sonra təmiz su ilə birlikdə qaynadır. Hazırlıq prosesində andız, udi hindi, qara zirə, mixək, çaqşır otu, zərdəçal, qara istiot, zəncəfil, ardıc meyvəsi, lavanda və zəfəran kimi müxtəlif ədviyyatlardan istifadə edir.
Onun sözlərinə görə, qarışıq təxminən 18 saat qaynadılır. Er hesab edir ki, çam qozasının tərkibindəki qatran tənəffüs yollarında yığılan seliyin təmizlənməsinə kömək edir.
Şam qozasından hazırlanan turşu haqqında da danışan Er qeyd edib ki, turşunun suyu daha təsirli hesab olunur. Turşunun hazırlanmasında sarımsaq, bir xörək qaşığı şəkər, turşu duzu və sirkədən istifadə edilir, daha sonra qarışıq içməli su ilə tamamlanır. Təxminən 15 gün saxlanıldıqdan sonra məhsul istifadəyə hazır olur.
Qeyd edək ki, şam qozasının müxtəlif sağlamlıq faydaları ilə bağlı fikirlər geniş yayılsa da, bu təsirlərin elmi cəhətdən tam təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac var. Xüsusilə hər hansı xəstəliyin müalicəsi məqsədilə istifadədən əvvəl həkim məsləhəti almaq tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO