Ata oğlunu bıçaqlayaraq öldürüb - VİDEO
Türkiyənin Qaziantep şəhərində ata ilə oğul arasında baş verən mübahisə faciə ilə nəticələnib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Şehitkamil rayonunun Mevlana məhəlləsində qeydə alınıb.
Məlumata görə, 60 yaşlı Seyit Ahmet Aksoy ilə 42 yaşlı oğlu İbrahim Aksoy arasında spirtli içki səbəbindən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə zamanı ata oğluna bıçaqla hücum edərək onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır yaralanan İbrahim Aksoy ilkin tibbi yardımdan sonra Şehitkamil Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti ekspertiza üçün Qaziantep Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna təhvil verilib.
Hadisədən sonra şübhəli şəxs qismində Seyit Ahmet Aksoy polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 472 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
6 sentyabrMingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı
6 sentyabrÖldü zənn edib yas tutdular, 10 gün sonra möcüzə baş verdi - VİDEO
Nepalda böyük dağıntılara səbəb olan sel fəlakətindən 10 gün sonra möcüzəvi xilas baş verib. Betrawati bölgəsində sel zamanı itkin düşən yaşlı qadın Çandika Kumari Şrestha dağıntılar arasında sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, fəlakətdən sonra Şrestha ilə günlərlə əlaqə saxlamaq mümkü
7 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabr