Uşaq arabasında olan Atilla FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDU - VİDEO
İyunun 19-da Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı Atilla Rafail oğlu Bağırovu vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Yaşayış kompleksinin sakinləri ərazidə motosikletlərin yaratdığı təhlükədən ciddi narahatlıqlarını ifadə ediblər. Onlar motosiklet sürücülərinin qayda pozuntularından və vətəndaşların həyatını riskə atmalarından şikayətçidirlər.
"Dünən biri körpə uşağı vurub öldürdü. Biz artıq onların əlindən bezmişik. Belə özbaşınalıq olmaz", - vətəndaşlardan biri Baku TV-yə bildirib.
Digər bir sakin isə qeyd edib: "Evdə uşaqlar motosikletlərin səsindən qorxurlar. Bu ərazi elə bil Bombeydir".
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir: "Cari ilin ilk 5 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri ucbatından baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb".(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 722 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabr