"Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənə günüdür" - Bəhruz Quliyev
"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir. Bu tarix təkcə ordumuzun yaranma günü deyil, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin, dövlətçilik iradəsinin və milli təhlükəsizlik strategiyasının təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il iyunun 26-da ilk milli hərbi hissələrin yaradılması ilə təməli qoyulan milli ordu quruculuğu ənənələri bu gün müasir və güclü Azərbaycan Ordusunun simasında özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır".
Bu fikirləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
Ekspert açıqlamasında qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır siyasi, iqtisadi və hərbi böhranlar dövlətimizin gələcəyini ciddi təhlükə altına qoymuşdu:
"Məhz belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, ölkədə sabitliyi təmin etdi və peşəkar milli ordunun formalaşdırılması prosesinin əsasını yaratdı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində nizami ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Orduda vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam möhkəmləndirildi, dövlətçiliyin qorunması üçün etibarlı təhlükəsizlik mexanizmləri formalaşdırıldı. Bu gün Azərbaycanın hərbi qüdrətinin əsasını təşkil edən təməllər məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Xatırladıram ki, Ümummilli Liderin yolunu məharətlə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunu regionun ən güclü ordusuna çevirməyə nail oldu. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ordu müasir silah və texnika ilə təchiz edilmiş, peşəkarlıq səviyyəsi yüksəldilmiş, hərbi sənaye kompleksi inkişaf etdirilmiş və ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilmişdir.
Azərbaycan tarixinin ən şanlı səhifələri məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuş, beynəlxalq hüququn tələbləri təmin edilmiş və Azərbaycan bayrağı bütün suveren ərazilərimizdə dalğalanmağa başlamışdır. Bu qələbələr Azərbaycan dövlətinin gücünü, xalq-iqtidar birliyini və Ali Baş Komandanın qətiyyətli liderliyini bütün dünyaya nümayiş etdirmişdir.
Bu gün Azərbaycan Ordusunun gücü yalnız müasir silahlarla deyil, həm də xalqın öz dövlətinə, bayrağına və liderinə olan sarsılmaz inamı ilə ölçülür. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan vətəndaşı dövlətinin təhlükəsizliyi və ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış edir. Xalqımız hər zaman olduğu kimi, dövlətimizin maraqlarının müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşməyə, veriləcək hər bir tapşırığı yerinə yetirməyə və Vətənin müdafiəsinə qalxmağa hazırdır.
Bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi ən yüksək mənəvi dəyərlərdən biridir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, hərbi qulluqçularımızın peşəkarlığı gənc nəslin milli ruhda yetişməsində mühüm rol oynayır. Bu gün hər bir Azərbaycan vətəndaşı anlayır ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur və bu ordunun arxasında dayanan əsas qüvvə xalqın milli birliyidir.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları, qaziləri və şəhid ailələrini ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyi, suverenliyi və təhlükəsizliyi naminə xidmət göstərən bütün hərbçilərimizə yeni uğurlar arzulayırıq. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olaraq yeni nailiyyətlərə imza atacaq, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyacaqdır", - deyə B. Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
40° isti, yağış, şimşək - Sabahın havası
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək
Bu dondurmanın satışı qadağan edildi - Fotolar
Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI
Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Bu xəstəxanaya direktor təyin olundu
Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər (VİDEO)
Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
Məleykə Abbaszadədən təsirli paylaşım
Gənclərdə xərçəngin bu növü AŞKARLANIR: Səbəb nədir? - AÇIQLAMA
İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU