Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV
Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb.
Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunun kuluarlarında bildirib.
"Layihələr portfeli artıq formalaşdırılıb. Hazırda dörd layihə təsdiqlənmə mərhələsindədir. İşlər kifayət qədər fəal şəkildə aparılır. Layihələrlə bağlı ilkin müraciətlərlə yanaşı, artıq ilkin seçim prosesindən keçmiş digər təşəbbüslər də var", - nazir bildirib.
Qırğızıstana Azərbaycan neftinin tədarükünün artırılması perspektivlərindən danışan B.Sıdıkov qeyd edib ki, bu, əlavə işlənmə tələb edən nisbətən yeni əməkdaşlıq istiqamətidir.
"Bu məsələ üzərində iş gedir. Hər iki ölkə üçün bu, yeni qarşılıqlı fəaliyyət istiqamətidir. Bununla yanaşı, ümumi anlaşma və irəliyə doğru getmək istəyi var. Tədarük həcmləri hələ razılaşdırılmalıdır: Qırğızıstanın öz ehtiyacları, Azərbaycanın isə öz imkanları var. Hazırda əsas məsələ optimal balansı tapmaqdır", - o vurğulayıb.
Nazirin sözlərinə görə, indiki mərhələdə tərəflər ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət yetirirlər.
"Ölkələrimiz nə ilə ticarət edə bilər? Düşünürəm ki, ilk növbədə, əmtəə dövriyyəsinin maksimal səviyyəsinin artırmaq, şirkətlər və biznes arasında dayanıqlı əlaqələr yaratmaq lazımdır. Bundan sonra konkret investisiya layihələrinin müzakirəsinə keçmək mümkün olacaq", - B.Sıdıkov qeyd edib.
Bundan başqa, nazir Qırğızıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında maraqlı olduğunu təsdiqləyib.
"Biz bu layihədə iştirak etməkdə çox maraqlıyıq. Qırğızıstanın təqdim edəcəyi təkliflər var. Söhbət xüsusilə inşası davam edən və "Cənub qolu" adlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolundan gedir", - B.Sıdıkov yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 375 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPaytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi
Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər
16 sentyabrAzərbaycanda İslam həmrəyliyi güclənməkdədir
Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər
16 sentyabrDini dəyərlərə verilən qiymət
İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri
16 sentyabrAntiterror əməliyyatı və seperatizmə son qoyulması
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən
16 sentyabr