Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıbPrezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb.

Aşağıdakı büdcə təşkilatları yaradılıb:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;

"Azərbaycan Elm Fondu" publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;

"Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxsin əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC);

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi;

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı publik hüquqi şəxslərin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir:

"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs;

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs.

Bu Fərmanın 3-cü hissəsi ilə yaradılması nəzərdə tutulan məhdud məsuliyyətli cəmiyyətlərin (bundan sonra - Cəmiyyətlər) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Cəmiyyətlərin Müşahidə Şurasının yaradılması;

Cəmiyyətlərin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətlərin yenidən təşkili və ləğvi;

Müşahidə Şurasına:

Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətlərin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Müəyyən edilib ki:

Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır;

Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

Cəmiyyətlərin strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri, bu Fərmanın 6.3-cü və 9.2-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətlərin Müşahidə Şurası tərəfindən müəyyən edilir;

Fərmanın 1 - 3-cü hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan yeni qurumlara keçir;

Fərmanın 1-ci və 2-ci hissələrinə, habelə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə və yarımbənddə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirirlər;

Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

üç ay müddətində:

aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

Fərmanın 1 - 3-cü hissələri, habelə 6.1.2-ci yarımbəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin əsasnaməsinin layihəsi, habelə strukturu və işçilərinin say həddi;

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxsin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi"nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etsin;

Fərmanın 1-ci və 2-ci hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə və 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələrinin (nizamnamələrinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;

İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etsin;

Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakının aidiyyəti üzrə Cəmiyyətlərin balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs:

İki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etsin;

Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, mövcud strukturunun optimallaşdırılması, habelə bu Fərmanın 8.1-ci bəndində nəzərdə tutulan cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı nizamnaməsinə uyğun olaraq tədbirlər görsün;

Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

Fərmana əsasən yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;

"Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1161   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Antiterror əməliyyatı və seperatizmə son qoyulması

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən

16 sentyabr