"Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir" - AÇIQLAMA

"Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir" - AÇIQLAMA"Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da gücləndirilməsi yalnız xarici siyasətin deyil, həm də dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir. Qarşıdakı mərhələdə isə əsas prioritet mövcud tərəfdaşlıqların dərinləşdirilməsi, yeni iqtisadi və nəqliyyat layihələrinin genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi olmalıdır. İlk növbədə, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və Avropa İttifaqı ilə əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi vacibdir. Azərbaycan müxtəlif siyasi platformalar arasında etibarlı dialoq məkanı kimi formalaşıb və bu statusun qorunması ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq".

Bu fikirləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, digər mühüm istiqamət iqtisadi diplomatiyanın gücləndirilməsidir:

"Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı, enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıq formatları, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və investisiya mühitinin təkmilləşdirilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu daha da möhkəmləndirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xarici investisiyalar üçün yeni imkanlar yaradır.

Hesab edirəm ki, eyni zamanda, informasiya diplomatiyasının və media əməkdaşlığının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu təkcə iqtisadi və hərbi potensialla deyil, həm də informasiya siyasətinin effektivliyi ilə müəyyən edilir. Azərbaycanın beynəlxalq mediada obyektiv təqdimatı, milli maraqların informasiya müstəvisində müdafiəsi və xarici media qurumları ilə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir.

Bu istiqamətlər üzrə ardıcıl siyasət ölkənin siyasi mövqeyini daha da gücləndirəcək, yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq, regional liderlik statusunu möhkəmləndirəcək və Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuzunu daha da artıracaq. Bu gün ölkəmizin həyata keçirdiyi, milli maraqlara söykənən xarici siyasət kursu göstərir ki, Azərbaycan həm regional sabitliyin təmin edilməsində, həm də qlobal əməkdaşlığın inkişafında mühüm rol oynayan dövlətlərdən birinə çevrilməkdədir", - deyə B. Quliyev əlavə edib.

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Vüsalə İbrahimli

"Bu gün ölkəmiz artıq Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktorlarından biridir" - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 475   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr