"İranın sərt bəyanatları daha çox çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür" - BƏHRUZ QULİYEV

"İranın sərt bəyanatları daha çox çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür" - BƏHRUZ QULİYEV"İranın Ali Rəhbərinin baş hərbi müşaviri Möhsün Rzayinin Ukraynaya qarşı üç hədəfə zərbə endirməyə hazır olduqlarını bəyan etməsi ilk baxışdan yeni münaqişə ocağının yarana biləcəyi təəssüratı yaradır. Lakin hadisələrin inkişaf dinamikası göstərir ki, burada söhbət real müharibə qərarından deyil, daha çox siyasi və diplomatik mesajdan gedir.

Əvvəla, Ukraynanın əsas prioriteti Rusiya ilə davam edən müharibədir. Kiyev üçün İranla ayrıca hərbi qarşıdurmaya girmək strateji baxımdan məntiqsiz olardı. Bu, həm resursların parçalanmasına, həm də Qərb tərəfdaşları ilə koordinasiyada əlavə problemlər yarada bilər.

Digər tərəfdən, İran da hazırda kifayət qədər mürəkkəb geosiyasi vəziyyətlə üz-üzədir. ABŞ-la münasibətlər, Hörmüz boğazı ətrafındakı böhran, İsrail amili, Yaxın Şərqdə təhlükəsizlik məsələləri və iqtisadi sanksiyalar fonunda Tehranın Avropa istiqamətində yeni hərbi cəbhə açması onun strateji maraqlarına uyğun deyil." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, məhz buna görə də İranın sərt bəyanatları daha çox çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür. Tehran göstərmək istəyir ki, onun kommersiya və ya milli maraqlarına qarşı istənilən addım cavabsız qalmayacaq. Eyni zamanda, Ukraynanın hadisənin qəsdən baş vermədiyini bildirməsi və iki ölkənin xarici işlər nazirləri arasında aparılan telefon danışığından sonra gərginliyin azalması diplomatiyanın hələ də əsas vasitə olaraq qaldığını göstərir.

Burada diqqət çəkən başqa bir məqam da İranın ABŞ-la birbaşa danışıqları deyil, Oman vasitəçiliyi ilə aparılan təmasları ön plana çıxarmasıdır. Bu, Tehranın hərbi eskalasiyadan daha çox siyasi manevrlərə üstünlük verdiyini göstərən mühüm siqnaldır.
"Hesab edirəm ki, Möhsün Rzayinin açıqlaması Ukraynaya ünvanlanmış hərbi ultimatumdan daha çox beynəlxalq ictimaiyyətə və xüsusilə də Qərbə göndərilmiş siyasi mesajdır. İran bununla həm çəkindirici mövqe nümayiş etdirir, həm də danışıqlar masasında öz mövqeyini gücləndirməyə çalışır.

Bugünkü reallıq göstərir ki, nə İranın, nə də Ukraynanın marağı yeni müharibə cəbhəsi yaratmaq deyil. Əksinə, hər iki tərəf mövcud böhranın nəzarətdən çıxmaması üçün diplomatik kanalları açıq saxlamağa çalışır. Buna görə də son bəyanatları yaxın perspektivdə genişmiqyaslı hərbi qarşıdurmanın anonsu kimi deyil, geosiyasi təzyiq və diplomatik manevr elementi kimi qiymətləndirmək daha doğru olar." - deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 204   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc

30 iyul
.

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Zaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?. Mövzu ilə bağlı -a danışan politoloq, siyasi elmlə

4 avqust
.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi geri çağırılıb

Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulun 26-d

29 iyul
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzv

29 iyul
.

Azərbaycanın Serbiyada yeni səfiri təyin olunub

Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətl

29 iyul
.

Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

31 iyul
.

Sadır Japarov: "Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb"

"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. Qırğızıstan dövlətinin başçısı qeyd edib

31 iyul
.

"Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır" - AÇIQLAMA

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, il

28 iyul
.

İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT

Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadə

28 iyul