"KTMT-dəki digər üzvlər Ermənistanın qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər"- Politoloq

"KTMT-dəki digər üzvlər Ermənistanın qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər"- PolitoloqErmənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı gərginlik hüquqi müstəviyə keçir. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyevin bildirib ki, noyabrın 11-də Moskvada keçiriləcək sammitdə iki illik maliyyə borcuna görə Ermənistanın səs hüququndan məhrum edilməsi müzakirə olunacaq.

Bu qərarın regional təhlükəsizliyə və Bakı-Yerevan xəttinə təsirlərini politoloq Elçin Xalidbəyli ilə dəyərləndirdik.
"Təbii ki, Rusiya bundan çox ciddi şəkildə narahatdır. Ermənistanın bu davranışı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında neqativ hadisə yaradır. Çünki hansısa mərhələdə digər ölkələr də analoji addım ata bilərlər. Ona görə də hesab olunur ki, Ermənistanı bu mövqeyindən daşındırmaq lazımdır. Əvvəlcə xəbərdarlıq üçün Ermənistanı səs hüququndan məhrum etmək niyyətləri var, ardınca da yəqin ki, üzvlük haqqının ödənilməməsi bəhanəsi ilə qurumdan xaric edilə bilər.

​Kremldə hesab edirlər ki, əgər belə bir addım atılarsa, Ermənistan müdafiəsiz qalacaq və təzyiqlərə daha həssas vəziyyətə gəlmiş olacaq. Ancaq burada Kremlin nəzərə almadığı bir məqam var: rəsmi İrəvan faktiki olaraq artıq KTMT-ni tərk etmək barədə qərarı qeyri-rəsmi şəkildə qəbul edib. Sadəcə, Paşinyan hakimiyyəti bu addımı özü atmaq istəmir və bundan ciddi şəkildə çəkinir. Hakimiyyət elə bir situasiya yaratmaq istəyir ki, Rusiya və digər üzv dövlətlər Ermənistanı özləri kənarlaşdırsınlar. Çünki sonrakı mərhələdə Paşinyan hakimiyyəti Rusiyanı və indiki müttəfiqlərini Ermənistanı bu qurumdan çıxarmaqda ittiham etmək imkanı qazanacaq. Eyni zamanda, Rusiyanın Ermənistana irad bildirmək hüququ qalmamış olacaq."

Ekspert vurğulayır ki, KTMT-dəki digər üzvlər Ermənistanın səs hüququnun əlindən alınması və ya onun qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər.

"Çünki onlar Rusiyanın təzyiqlərindən çəkinirlər və Rusiyanın istəyindən kənara çıxmaqda o qədər də həvəsli deyillər. Bu baş verərsə, o zaman Ermənistan hərbi çətiri itirmiş olacaq və sülh sazişinin imzalanma prosesi sürətlənəcək. Paşinyan hakimiyyəti tez-tələsik Konstitusiyanı dəyişib Azərbaycana qarşı ərazi iddialarından imtina edərək bu sazişin imzalanmasına şərait yarada bilər.

​Ancaq orta perspektiv üçün Paşinyan hakimiyyəti təbii ki, hesablayır ki, KTMT-dən çıxmaq Ermənistana ABŞ və Qərbin himayəsini təmin edəcək əsas addımdır. Böyük ehtimalla rəsmi İrəvan bu prosesin uğurla reallaşdırılmasına cəhd göstərir. Ermənistan KTMT-dən çıxdıqdan sonra NATO-ya üzv olmasa belə, bu qurumun himayəsinə yaxınlaşma istiqamətində müəyyən addımların atılması şübhə doğurmur. Eyni zamanda Avropa İttifaqından da eyni məqsədlər üçün maliyyə yardımı ala bilərlər, buna paralel olaraq ABŞ və Fransanın da dəstəyinə ümid bəsləyirlər. Bütün bunları nəzərə aldıqda, hələ ki proseslərin Paşinyan hakimiyyətinin qurduğu oyun qaydaları üzrə inkişaf etdiyini düşünmək olar."

Nəticə etibarilə, noyabr sammiti Rusiya-Ermənistan münasibətlərində sadəcə hüquqi addım deyil, Cənubi Qafqazın gələcək xəritəsini müəyyən edən dönüş nöqtəsi ola bilər.

Türkanə Muradlı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1182   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr