İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİAzərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.

Qanuna əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilib, mövcud anlayışlar isə yenilənib, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilib.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid edilib.

Dəyişikliklərdə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulub.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb, daşıyıcıların dairəsi genişləndirilib və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulub.

Dəyişikliklər həmçinin "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və "Yaşıl Dəhliz" sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.

Dövlət başçısı yeni qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 229   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib" - AÇIQLAMA

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır

29 iyul
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenin

31 iyul
.

Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:. "Qarabağın bərpasında köməy

31 iyul
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzv

29 iyul
.

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb. -ın -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmim

1 avqust
.

"KTMT-dəki digər üzvlər Ermənistanın qurumdan çıxarılması ilə bağlı qərara səs verəcəklər"- Politoloq

Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı gərginlik hüquqi müstəviyə keçir. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyevin bildirib ki, noyabrın 11-də Moskvada keçiriləcək sammitdə iki illik maliyyə borcuna görə Ermənistanın səs hüququndan məhrum edilməs

4 avqust
.

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğı

31 iyul
.

"Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır" - AÇIQLAMA

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, il

28 iyul
.

Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"

"Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. "Bu, qarışıqlı fəaliyyətin ən yüksə

31 iyul