Pezeşkian istefa versə, İranda nə dəyişəcək?

Pezeşkian istefa versə, İranda nə dəyişəcək?İran rəhbərliyində yaşanan daxili gərginlik və Prezident Məsud Pezeşkianın olası istefası ətrafında gəzən şayiələr regional siyasətdə yeni suallar doğurur. Tehrandakı bu siyasi silkələnmənin həm ölkə daxilindəki güc nisbətinə, həm də Cənubi Qafqazdakı processeslərə təsiri diqqətlə izlənilir. Xüsusilə Azərbaycanla münasibətlərin gələcək taleyi və İranın regiondakı yeni xətti əsas müzakirə mövzusudur.

​Politoloq Amid Əliyev bildirib ki, Məsud Pezeşkianın istefa ehtimalı tamamilə istisna deyil, lakin yaxın perspektivdə bunun reallaşma ehtimalı yüksək görünmür:

​"Çünki İran siyasi sistemində prezident icra hakimiyyətinin siması olsa da, əsas strateji qərarlar Ali rəhbər və təhlükəsizlik institutları tərəfindən müəyyən edilir. Pezeşkianın istefası ölkədə onsuz da müharibə və iqtisadi sanksiyaların yaratdığı həssas vəziyyəti daha da ağırlaşdıra bilər. Buna görə də hakimiyyət daxilində fikir ayrılıqları olsa belə, sistemin institusional sabitliyini qorumaq prioritet olaraq qalacaq. Hazırda İrana qarşı olan təzyiqlər və zərbələr fonunda bu məsələnin real zaman şəraitində masaya gəlməyəcəyini böyük ehtimalla deyə bilərik. Adətən belə vəziyyətlərdə İranın siyasi sistemi daha avtonom rejimdə işləyir, xalq isə hakimiyyət ətrafında monolit kimi birləşir. Bu birliyin qırılması İran cəmiyyətinə və dövlətinə ağır zərbə ola bilər."

Ekspertin sözlərinə görə, əgər belə bir istefa baş verərsə, bu, daxili balansa ciddi təsir göstərəcək:
​"Bundan əlavə, əgər belə bir istefa baş versə, bu, ilk növbədə İran daxilində praqmatik və sərt xətti müdafiə edən qüvvələr arasında balansın sərt xətt tərəfdarlarının xeyrinə dəyişməsi kimi qiymətləndirilə bilər. Nəticədə İnqilab Keşikçiləri Korpusunun siyasi qərarvermədə təsir imkanlarının daha da artması ehtimalı yüksələr."

​Açıqlamanın davamında Amid Əliyev prosesin xarici siyasətə və Azərbaycanla münasibətlərə təsirinə diqqət çəkib:

​"Bu proses təbii ki, xarici siyasətə də təsirsiz ötüşməyəcək. Öz neqativ izlərini regionda müəyyən mənada buraxa bilər. Xüsusilə Cənubi Qafqaz istiqamətində İranın daha təhlükəsizlikyönümlü və sərt mövqe nümayiş etdirməsi mümkündür. Bununla belə, yaddan çıxarmaq olmaz ki, Azərbaycanla münasibətlərdə fundamental dəyişiklik gözləmək bir qədər ehtiyatsızlıq olardı. Çünki Tehran-Bakı münasibətləri ayrı-ayrı siyasi fiqurlardan daha çox dövlət maraqları, regional nəqliyyat layihələri, sərhəd təhlükəsizliyi və iqtisadi əməkdaşlıq üzərində qurulub. Buna görə də taktiki ritorikada dəyişikliklər mümkün olsa da, strateji xəttin qısa müddətdə ciddi şəkildə dəyişməsi ehtimalı o qədər də yüksək deyil."

Türkanə Muradlı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 654   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr