Maradonanın ölümündən əvvəl dediyi son sözlər - İlk dəfə üzə çıxdı
2020-ci ildə vəfat edən Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində yeni detallar ortaya çıxıb.
"Qafqazinfo" xəbər verir ki, onun son günlərində yanında olan masaj terapevti Nikolas Taffarel futbolçunun ölümündən bir gün əvvəl dediyi son sözləri açıqlayıb.
Taffarel Buenos-Ayresdə Maradonanın ölümü ilə bağlı keçirilən məhkəmə iclasında şahid qismində ifadə verib. O bildirib ki, 24 noyabr 2020-ci ildə Maradonanı sonuncu dəfə ziyarət edərkən futbolçunun vəziyyəti ciddi şəkildə pisləşmişdi.
Maradonanın həyatının son iki həftəsində onunla birlikdə olan Taffarelin sözlərinə görə, futbolçu həmin dövrdə yataqdan qalxmaq, yemək yemək, paltarını dəyişmək, çimmək və hətta masaj olunmaq istəmirdi.
Taffarel bildirib ki, ölümündən bir gün əvvəl Maradona ona "Heç nə istəmirəm, vəssalam" deyib. Masaj terapevti bu ifadənin Maradonanın ona dediyi son sözlər olduğunu qeyd edib.
Onun sözlərinə görə, Maradona günlərlə yataqdan qalxmırdı və vəziyyəti getdikcə ağırlaşırdı.
Taffarel Maradonanın səhhəti ilə bağlı narahatlığını dəfələrlə şəxsi həkimi Leopoldo Lukeyə çatdırdığını söyləyib.
O, həkimə Maradonanın vəziyyəti barədə "O, tamamilə şişib", "26 saatdır yatır" və "Sən gəlməlisən, Leito" məzmununda mesajlar göndərdiyini bildirib.
Taffarelin sözlərinə görə, Luke isə buna "Sakitləş", "Bu normaldır" və şişkinliyin azalacağını bildirən cavablar verib.
Lakin masaj terapevti Maradonanın vəziyyətinin yaxşılaşmadığını, əksinə, getdikcə pisləşdiyini deyib. O, səhhətindəki ciddi problemlərə baxmayaraq, vaxtında və konkret müdaxilə görmədiyini bildirib.
Məhkəmədə Maradonanın sidikqovucu dərmanının ölümündən əvvəl dayandırılması məsələsi də gündəmə gəlib.
Taffarel bu qərarın həkimlər tərəfindən verildiyini və bununla bağlı Leopoldo Lukedən soruşduğunu bildirib. Lukeyə görə, qərarı "Swiss Medical" Səhiyyə Müəssisəsinin həkimləri verib.
Lakin məhkəmədə səsləndirilən məlumatlara əsasən, "Swiss Medical" tərəfindən məsləhətçi təyin olunan həkim Pedro Di Spaqna Maradonanı cəmi bir dəfə ziyarət edib və həmin görüş zamanı hər hansı dərmanın dayandırılması barədə qərar qəbul edilməyib.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Onun ölümünün səbəbləri və son günlərində göstərilən tibbi yardım hazırda məhkəmə araşdırmasının əsas mövzularındandır.
İş üzrə Maradonanın şəxsi həkimi Leopoldo Luke, psixiatr Aqustina Kosaçov, psixoloq Karlos Dias, "Swiss Medical" evdə qulluq koordinatoru Nensi Forlini, həkim Pedro Di Spaqna, tibb bacısı koordinatoru Mariano Perroni və tibb bacısı Rikardo Almiron qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunurlar.
Maradonanın ilkin autopsiya hesabatında onun yuxuda xroniki ürək çatışmazlığı nəticəsində yaranan kəskin ağciyər ödemindən öldüyü bildirilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK - Deputat AÇIQLADI
Sabah çox güclü leysan yağacaq - hava PROQNOZU
Kürdə batan qız Azərbaycan çempionu imiş
Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI
Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb
Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu
Azərbaycanda zəlzələ olub
Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO+YENİLƏNİB
DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ
Paytaxtda axşam konsertləri keçirilir - Fotolar
Lalə Şövkətin səhhəti necədir? - Oğlundan açıqlama
Əhalinin ortaaylıq əməkhaqqısı artıb
Dünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb