Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri də xüsusi diqqət çəkir.

Bəs, həmin səfər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçidinə və Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərib, bu gün regionun siyasi mənzərəsində səfərin hansı əsas nəticələri özünü göstərir?
Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTATMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü sözün əsl mənasında tarixi hadisə kimi qiymətləndirmək olar və bunu şərtləndirən ən azı üç səbəb var.

"Birincisi, 8 avqust görüşündə müzakirə olunan məsələlər və imzalanan Bəyanat Azərbaycan və Ermənistan arasında qarşılıqlı konfrontasiyadan əməkdaşlığa keçidi təmin edəcək münasibətlərin tənzimlənməsi prosesini başlatdı. Əslində, müharibə 2020-ci il 9 noyabr Bəyanatı ilə başa çatmışdı. Lakin ötən beş il ərzində münasibətlərin normallaşması istiqamətində hər hansı pozitiv addım müşahidə olunmurdu. Əksinə, Qarabağ bölgəsində vaxtaşırı təxribatlar törədilir, lokal xarakterli hərbi toqquşmalar baş verirdi. Bölgədə gərginliyin azalması deyil, artması müşahidə olunurdu ki, bu da yenidən daha böyük münaqişənin alovlanmasına yol aça bilərdi. Prezident Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilmiş görüş bu təhlükəyə son qoydu. Fakt ondan ibarətdir ki, 2025-ci il 8 avqust tarixindən sonra heç bir tərəfdən bir güllə də açılmayıb. Bu da de-fakto sülhün mövcudluğuna və münasibətlərin tənzimlənməsi istiqamətində zəruri addımların atılması üçün etibarlı zəmin yaratdı".

Deputat bildirib ki, digər tərəfdən, 8 avqust Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaradıb:

"Hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan haqsız embarqo Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük əngəl olaraq qalırdı. ABŞ-ın mənafeyi üçün lazım olanda sanksiya dondurulur, Azərbaycanın dəstəyinə ehtiyac aradan qalxan kimi isə yenidən qüvvəyə minirdi. Bayden administrasiyası dövründə bunun real təcrübəsini yaşadıq. 8 avqust görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr iki ölkə arasında strateji əməkdaşlıq xartiyasının hazırlanması haqqında qərarın qəbul olunmasına gətirib çıxardı. Daha sonra ABŞ vitse-prezidenti Ceyms Vensin ölkəmizə səfəri çərçivəsində bu sənədin imzalanması doğrudan da inanılmaz bir uğur oldu. Sanksiyalardan strateji əməkdaşlığa belə bir keçid dövlətlərarası münasibətlərdə unikal hadisədir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü mahir və cəsarətli siyasətin nəticəsi kimi Azərbaycan xalqının və dövlətinin böyük uğurudur".

Onun sözlərinə görə, Ağ Evdə baş tutmuş 8 avqust görüşü və imzalanmış sənədlər Cənubi Qafqazın əsrlər boyu davam etmiş asılılıq sindromunu qırdı:

"Bölgə qarşılıqlı əməkdaşlıq üçün bütün dünyaya açıldı. Xüsusilə TRİPP nəqliyyat dəhlizinin yaradılması ilə bağlı əldə olunmuş razılaşmalar həm Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması və əməkdaşlığın genişlənməsi, həm də bütöv Avrasiya miqyasında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit-nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaratdı. Bu nöqteyi-nəzərdən 8 avqust Vaşinqton görüşünü qlobal əhəmiyyətli hadisə kimi də qiymətləndirmək olar".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 122   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?

İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropa İttifaqının miqrasiya və sərhəd təhlükəsizliyi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Qısa müddətdə yaşanan kütləvi miqrasiya axını həm təhlükəsizlik, həm də geosiyasi risklərlə bağlı müzakirələri gücləndirib. Bəs məsələnin mahiyyəti əslind

1 avqust
.

Litvanın Baş naziri İlham Əliyevə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qaynarinfo xəbər verir ki, telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib

10 avqust
.

Mehriban Əliyevadan Nəriman Həsənzadənin ölümü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil

1 avqust
.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri d

10 avqust
.

İlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsus

6 avqust
.

İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl

7 avqust
.

"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbi

6 avqust
.

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarla:. - Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasını

10 avqust
.

Azərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər

Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını

7 avqust