"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel

"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel"Qarabağ" FK-nın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində komandasının hədəflərinin böyük olduğunu və onlara inandığını bildirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Qarabağ"ın sosial şəbəkə hesablarında paylaşım edilib.

Tahir Gözəl həmçinin azarkeşlərə səslənib: "Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın "Qarabağ"a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.

Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar.

İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. "Dinamo" ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir.

Gəlin hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və "Qarabağ"ımıza olan inamımızı tribunadan hiss etdirək".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 178   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maradonanın ölümündən əvvəl dediyi son sözlər - İlk dəfə üzə çıxdı

2020-ci ildə vəfat edən Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində yeni detallar ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, onun son günlərində yanında olan masaj terapevti Nikolas Taffarel futbolçunun ölümündən bir gün əvvəl dediyi son sözlər

8 avqust
.

"Qarabağ"la "Sabah" rəqibini tanıyacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. "Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da potensial rəqibini tanıyacaq. Bakı vaxtı ilə saat 14:00-d

3 avqust
.

"Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq

5 avqust
.

"Qarabağ"da yeni təyinatlar (SİYAHI)

"Qarabağ" futbol akademiyasında yeni təyinatlar gerçəkləşib. Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, 2026-2027-ci illər mövsümündə komandaları çalışdıracaq məşqçilər müəyyənləşib. Akademiya koordinatoru Aftandil Hacıyevin rəhbərliyi altında akademiya komandalarında aşağıdakı məşqçilə

6 avqust
.

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün təqvimi açıqlandı

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Bu barədə -a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib. Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciətini, "Kəpəz" klubunun rəsmi razılıq məktubun

10 avqust
.

"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb

"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb. xəbər verir ki, bu barədə Trabzon təmsilçisi məlumat yayıb. Misir millisinin 34 yaşlı üzvü ilə 2 illik müqavilə imzalanıb

6 avqust
.

"Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşmənin daha bir mövsü

9 avqust
.

Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatınd

10 avqust
.

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. B

5 avqust