Keçmiş məhkəmə hökmü jurnalistə insanı "dələduz", "residivist" kimi ifadələrlə təhqir etmək hüququ vermir

Keçmiş məhkəmə hökmü jurnalistə insanı "dələduz", "residivist" kimi ifadələrlə təhqir etmək hüququ vermirArtıq "Yeni Müsavat"ın yazılarına reaksiya vermək istəmirdim. Çünki əvvəllər nə bu qəzeti, nə də onun saytını izləyirdim. Lakin məsələni dərindən araşdırdıqdan sonra orada baş verənlər və mənim haqqımda materialların hansı yanaşma ilə hazırlandığı mənə aydın oldu. Bundan sonra dərc edilən hər bir məlumat konkret faktlar, sənədlər və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında cavablandırılacaq.

İlk növbədə qeyd edilməlidir ki, keçmişdə çıxarılmış məhkəmə hökmünün mövcudluğu jurnalistə insanı bu gün də "dələduz", "residivist" və digər alçaldıcı ifadələrlə təqdim etmək hüququ vermir. Qanuni qüvvəyə minmiş hökm barədə dəqiq məlumat verməklə şəxsə ömürlük cinayətkar damğası vurmaq hüquqi baxımdan eyni şey deyil.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Heç bir hal insan ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Məqalənin əsas hüquqi yanlışlarından biri məhkumluğun götürülməsinin doğurduğu nəticələrin bilərəkdən nəzərə alınmamasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Buna görə də məhkumluğu götürülmüş şəxsin hazırda hüquqi anlayış kimi "residivist" adlandırılması əsaslandırılmış hüquqi mövqe sayıla bilməz.

Keçmişdə məhkəmə hökmünün mövcud olması məhkumluğun bu gün də davam etməsi demək deyil. Media məhkumluğun götürülməsi barədə məhkəmə qərarını görməzdən gələrək yalnız əvvəlki hökmləri təqdim edirsə, bu, oxucuya şəxsin hazırkı hüquqi vəziyyəti haqqında natamam və təhrif olunmuş təsəvvür yaradır.
Məqalədə "sənədlər ortadadır" deyilir. Lakin cinayət işi nömrəsinin və ekspertiza rəylərinin nömrələrinin sadalanması məhkəmə hökmünün özünün təqdim edilməsi demək deyil. Cinayət işi nömrəsi yalnız işin mövcudluğunu göstərə bilər; həmin iş haqqında müəllifin yazdığı bütün təfərrüatları avtomatik olaraq sübut etmir.
Hökmlərin tam mətni, onların qanuni qüvvəyə minməsi barədə məlumat, yuxarı instansiyaların qərarları və məhkumluğun sonradan götürülməsi ilə bağlı hüquqi vəziyyət təqdim edilmədən "bütün sənədlər ortadadır" demək düzgün deyil. Sənədlər həqiqətən 5ortadadırsa, onlar seçmə cümlələrlə deyil, tam və dəyişdirilməmiş formada göstərilməlidir.

Məqalədə məhkəmə ilə müəyyən edilmiş faktlarla müəllifin şəxsi mülahizələri də qəsdən bir-birinə qarışdırılır. "Yeni bioqrafiya yaradıb", "ictimai-siyasi mühitə soxulub", "sabun köpüyü üfürüb" və "hansı məqsədlə pərçimlənib" kimi ifadələr heç bir məhkəmə hökmü ilə müəyyən edilmiş fakt deyil. Bunlar müəllifin şəxsi ehtimalları, qərəzli yanaşması və mənim niyyətlərim haqqında sübutsuz mülahizələridir.

Keçmişdə məhkumluğun olması insanın sonrakı hüquq müdafiə, ictimai və xeyriyyəçilik fəaliyyətinin saxta olduğunu sübut etmir. Belə bir nəticə irəli sürülürsə, onun üçün ayrıca, aktual və yoxlanılmış sübutlar təqdim edilməlidir.
Ad və təxəllüs məsələsinin də sanki ayrıca cinayət əməli kimi təqdim olunması hüquqi manipulyasiyadır. Şəxsin cəmiyyətdə müəyyən ad və ya təxəllüslə tanınması öz-özlüyündə cinayət deyil. Hüquqi məsuliyyət haqqında danışmaq üçün həmin addan konkret qanunsuz məqsədlə istifadə edilməsi, saxta rəsmi sənəd təqdim olunması və ya kiminsə hüquqlarına zərər vurulması ayrıca sübuta yetirilməlidir. Məqalədə isə indiki fəaliyyətimlə bağlı belə nəticəni təsdiq edən hər hansı qüvvədə olan məhkəmə hökmü göstərilmir.

Şəxsi məlumatlara gəldikdə, məqalədə doğum tarixi, cinayət işlərinin materialları, ekspertiza nömrələri və istintaqa aid müxtəlif təfərrüatlar yayılır. Lakin bu məlumatların hansı qanuni və açıq mənbədən əldə edildiyi göstərilmir. "Jurnalist araşdırması" ifadəsi şəxsi məlumatların əldə edilməsini və yayılmasını avtomatik olaraq qanuni etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququnu təmin edir. Buna görə redaksiya yaydığı fərdi məlumatların həm doğruluğunu, həm aktuallığını, həm də əldə edilmə mənbəyinin qanuniliyini əsaslandırmalıdır. Cinayət işi materiallarından götürüldüyü bildirilən məlumatların mənbəyi və redaksiyaya hansı hüquqi əsasla təqdim edildiyi ayrıca izah olunmalıdır.

Məqalənin özündə açıq zaman ziddiyyəti də mövcuddur. Yazıda mənim "sabah vətənə qayıdıram" dediyim qeyd olunur, lakin dərhal ardınca "elə bu gün, 21 avqustda Azərbaycana qayıtsın" tələbi irəli sürülür. Əgər "sabah" ifadəsi 21 avqust tarixində səsləndirilibsə, söhbət 22 avqustdan gedir. Müəllifin özünün təqdim etdiyi cümlə ilə irəli sürdüyü tələb arasındakı bu sadə ziddiyyət materialın nə dərəcədə diqqətlə və obyektiv hazırlandığını göstərir.

Cavab və təkzib hüququna gəldikdə isə, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi bu məsələni aydın şəkildə tənzimləyir. Fiziki şəxsin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, yaxud onun fikirləri təhrif edildikdə, həmin şəxsin bir ay müddətində cavab vermək, məlumatın təkzibini, düzəliş edilməsini və üzr istənilməsini tələb etmək, eləcə də birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Mən keçmişdə çıxarılmış məhkəmə hökmlərinin mövcudluğunu süni şəkildə mübahisələndirmirəm. Mən tələb edirəm ki, keçmişə dair məlumatlar tam, dəqiq, qərəzsiz və şəxsin bugünkü hüquqi vəziyyəti nəzərə alınmaqla təqdim edilsin.
Keçmiş hökm jurnalistə insanı ömürlük "dələduz" və "residivist" adlandırmaq, onun bugünkü fəaliyyətini heç bir aktual məhkəmə qərarı olmadan saxta obraz kimi təqdim etmək hüququ vermir.

Məhkəmə hökmündən danışırsınızsa, onu tam şəkildə təqdim edin. İndiki dövrə aid cinayət iddiası irəli sürürsünüzsə, həmin iddianın ayrıca və aktual sübutunu göstərin. Keçmiş cəza ömürlük ictimai məhkumluq deyil. Cəzasını çəkmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş şəxsin şərəfi, ləyaqəti, şəxsi məlumatları və cavab hüququ da Azərbaycan Respublikasının qanunları ilə qorunur.

Media məhkəmə deyil. Media hökm çıxara, şəxsi təqsirli elan edə və ona ömürlük cinayətkar damğası vura bilməz. Media da hər kəs kimi Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına, o cümlədən məhkumluğun götürülməsi barədə qərara hörmətlə yanaşmalı və onun hüquqi nəticələrini nəzərə almalıdır.
Əgər söhbət yeni cinayət iddialarından gedirsə, məlumatlar araşdırma tam başa çatdıqdan, sübutlar qanuni qaydada yoxlanıldıqdan və səlahiyyətli orqan tərəfindən hüquqi qiymət verildikdən sonra fakt kimi təqdim oluna bilər. Araşdırma yekunlaşmadan ehtimalları sübut olunmuş cinayət kimi yaymaq, şəxsi əvvəlcədən təqsirli göstərmək və ittihamedici ifadələrdən istifadə etmək obyektiv jurnalistika deyil. Bu, qərəzli yanaşmanın və ictimai rəyə əvvəlcədən təsir göstərmək cəhdinin növbəti nümunəsidir.

Hüquqda səs-küy sübut sayılmır. İttihamın gücü onun nə qədər yüksək səslə deyilməsində deyil, qanuni yolla əldə edilmiş və yoxlanılmış sübutlarla təsdiqlənməsindədir.

David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 818   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr