Yeni Zelandiya uşaqları sosial mediadan uzaqlaşdırır

Yeni Zelandiya uşaqları sosial mediadan uzaqlaşdırır"Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun təşəbbüsü dünyada uşaqların rəqəmsal təhlükəsizliyi məsələsinin artıq dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Zelandiyanın 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq təşəbbüsünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Yeni Zelandiyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs platformaların istifadəçilərin yaşını yoxlamasını və qaydalara əməl etməyən şirkətlərə ciddi maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur. "Məsələnin koalisiya daxilində müəyyən fikir ayrılıqları yaratmasına baxmayaraq, müxalif Leyboristlər Partiyasının da qanunvericiliyi dəstəkləyəcəyini açıqlaması problemin siyasi və ictimai əhəmiyyətini göstərir. Əslində, söhbət artıq yalnız sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasından deyil, uşaqların rəqəmsal mühitdə hüquq və təhlükəsizliyinin necə qorunmasından gedir,- deyə qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanda bu istiqamətdə mühüm hüquqi addımlar artıq atılıb:

Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamında Nazirlər Kabinetinə uşaqların sosial şəbəkələrdə zərərli məzmun və təsirlərdən qorunması, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması tapşırılıb. Sonrakı mərhələdə formalaşdırılan qanunvericilik mexanizmi isə məsələyə daha konkret yanaşmanı ortaya qoyub. 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə fərdi rəqəmsal hesab yaratmasının qarşısının alınması, 16-18 yaş arasında olan uşaqlar üçün valideyn və ya qanuni nümayəndənin razılığı və nəzarəti mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda yaşın yoxlanılması, zərərli və asılılıq yaradan məzmunun qarşısının alınması, uşaqların məxfiliyinin və rəqəmsal təhlükəsizliyinin qorunması ilə bağlı tələblər müəyyənləşdirilir.
Deputatın sözlərinə görə, bu məsələyə yalnız uşağın telefonunu əlindən almaq prizmasından yanaşmaq doğru deyil:
Burada söhbət daha böyük və daha mürəkkəb prosesdən gedir. Rəqəmsal dünya uşaqların psixologiyasına, davranışına, təhsilinə və dünyagörüşünə birbaşa təsir göstərir. Bu mühitdə faydalı informasiya və təhsil imkanları ilə yanaşı, manipulyativ məzmun, zorakılığı və təhlükəli davranışları təşviq edən materiallar, kibertəzyiq, saxta informasiya və asılılıq yaradan mexanizmlər də mövcuddur. Uşağın özünü bu risklərdən qoruma imkanları isə böyüklərlə müqayisədə daha məhduddur. Ona görə də rəqəmsal azadlıqla uşağın təhlükəsizliyi arasında düzgün balans yaratmaq dövlətin, valideynlərin, təhsil müəssisələrinin və sosial media platformalarının ortaq məsuliyyətidir.

E.Akimova Azərbaycanın yanaşmasında yalnız qadağa mexanizminin deyil, maarifləndirmənin də mühüm yer tutduğunu vurğulayıb:
Uşağı sosial şəbəkədən müəyyən müddətə uzaqlaşdırmaq mümkündür, amma onu rəqəmsal dünyadan tamamilə təcrid etmək nə realdır, nə də düzgün yanaşmadır. Məqsəd uşağın texnologiyadan qorxmasını deyil, ondan təhlükəsiz və məsuliyyətli istifadə etməsini təmin etmək olmalıdır. Bu baxımdan məktəblərdə rəqəmsal savadlılığın, kibertəhlükəsizliyin və məsuliyyətli onlayn davranışın öyrədilməsi, valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşağa yalnız nəyi etməməyi demək kifayət deyil, ona niyə və necə davranmalı olduğunu da öyrətmək lazımdır.

Millət vəkili hesab edir ki, yeni qaydaların effektivliyi ilk növbədə onların icra mexanizmlərindən asılı olacaq:

Ən çətin məsələ qanunun qəbulundan sonra onun real həyatda necə işləyəcəyidir. Uşağın yaşı necə yoxlanılacaq? Bu zaman şəxsi məlumatların təhlükəsizliyi necə təmin ediləcək? Xarici platformaların Azərbaycan qanunvericiliyinin tələblərinə əməl etməsi hansı mexanizmlərlə təmin olunacaq? Valideyn nəzarətinin hüquqi sərhədləri necə müəyyənləşdiriləcək? Saxta hesabların yaradılmasının və yaşın gizlədilməsinin qarşısı necə alınacaq? Bunlar çox ciddi suallardır və qanunun effektivliyi məhz həmin suallara veriləcək cavablardan asılıdır.
Deputat bildirib ki, yaş yoxlaması zamanı uşaqların şəxsi məlumatlarının qorunması xüsusi diqqət tələb edir:
Uşağın təhlükəsizliyini təmin etmək istəyərkən onun şəxsi məlumatlarının təhlükəsizliyini riskə atmaq olmaz. Yaşın yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılmaması, üçüncü şəxslərə ötürülməməsi və kommersiya məqsədləri üçün istifadə edilməməsi mühüm təminatlardır. Eyni zamanda 16-18 yaşlı istifadəçilər üçün təhlükəsiz rejim, gücləndirilmiş məxfilik, geolokasiyanın məhdudlaşdırılması, zərərli və asılılıq yaradan məzmundan qorunma kimi mexanizmlərin tətbiqi uşaqların rəqəmsal hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir.

Elnarə Akimova vurğulayıb ki, əsas prinsip qadağa xatirinə qadağa deyil, uşağın maraqlarını qoruyan ağıllı və balanslı tənzimləmə olmalıdır:

Sosial şəbəkə artıq uşaqların həyatından kənarda olan bir dünya deyil. Təhsil də oradadır, ünsiyyət də, informasiya da, yaradıcılıq imkanları da, təhlükə də. Ona görə dövlətin vəzifəsi uşağı rəqəmsal dünyadan tamamilə çıxarmaq deyil, onun həmin dünyada təhlükəsiz hərəkət edə bilməsi üçün aydın və işlək qaydalar müəyyənləşdirməkdir. Biz uşaqlarımızı texnologiyadan təcrid etməklə deyil, onları texnologiyanın imkanlarından düzgün istifadə etməyə və onun təhlükələrini tanımağa hazırlamaqla qoruya bilərik.

Millət vəkili əlavə edib ki, Yeni Zelandiya nümunəsi Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin əhəmiyyətini də bir daha gündəmə gətirir:

Yeni Zelandiyanın təşəbbüsü göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq gələcəyin deyil, bu günün məsələsidir. Azərbaycan da bu istiqamətdə hüquqi bazanın formalaşdırılması ilə mühüm bir mövqe ortaya qoyub. İndi əsas məsələ yalnız yaş həddinin müəyyənləşdirilməsi deyil. Əsas hədəf uşağın rəqəmsal hüquqlarını qorumaq, onu zərərli təsirlərdən müdafiə etmək, valideynlərin və platformaların məsuliyyətini dəqiq müəyyənləşdirmək, eyni zamanda uşaqların informasiya əldə etmək hüququnu qorumaqdır. Sağlam rəqəmsal mühit yalnız qadağalarla deyil, hüquqi tənzimləmə, maarifləndirmə, valideyn məsuliyyəti və rəqəmsal savadlılığın vəhdəti ilə yaradıla bilər.
Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 101   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban İsayevaya doğum günü münasibətilə: Uşaq sağlamlığının keşiyində dayanan fədakar həkimə səmimi təbriklər

Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban xanım İsayevaya doğum günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq!. Səhiyyə sahəsi insan həyatına birbaşa toxunan, böyük məsuliyyət, fədakarlıq və peşəkarlıq tələb edən ən şərəfli fəaliyyət istiqamətlərindən biridir. Xüsusil

26 avqust
.

Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin

25 avqust
.

Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb. -a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olara

26 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

610 bal topladı, universitetə qəbul olmadı

Ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib. -a istinadən xəbər verir ki, belə şəxslərdən biri də H.G-dır. O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir universitet

26 avqust
.

Əkiz bacılar eyni ixtisasa qəbul olundu

Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar - Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar. AZƏRTAC-a istinadən xəbər verir ki, onlar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifd

25 avqust
.

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Azərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir

25 avqust
.

Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy

25 avqust
.

Bu dondurmanın satışı qadağan edildi - Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. "Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərə

25 avqust