Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib

Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənibQazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib - yeni hökumətdə dörd yeni nazir təmsil olunur.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib.

Xarici İşlər Nazirliyinə yenidən Muxtar Tleuberdi rəhbərlik edib. O, Yermek Koşerbayevi əvəz edib. Tleuberdi 2019-2023-cü illərdə XİN başçısı vəzifəsini tutub, yeni təyinata qədər isə Qazaxıstanın Avstriyadakı səfiri işləyib.

Fövqəladə hallar naziri vəzifəsinə əvvəllər Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə və FHN aparatına rəhbərlik etmiş Murat Muxanov təyin edilib. O, bu postda Çingis Arinovu əvəz edib.

Yeni ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov olub. Əvvəllər o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Milli İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.

2025-ci ildən Qazaxıstan Prezidentinin daxili siyasət və kommunikasiyalar üzrə köməkçisi işləyən Arman Kırıkbayev mədəniyyət və informasiya naziri təyin edilib. O, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilmiş Aida Balayevanı əvəz edib.

Bununla yanaşı, sosial bloku kurasiya edən baş nazir müavini vəzifəsi vakant qalır.

Hökumət üzvlərinin əksəriyyəti öz postlarını qoruyub saxlayıb. Nurlıbek Nalibayev baş nazirin birinci müavini kimi fəaliyyətini davam etdirəcək. Qalımjan Koyşıbayev yenidən baş nazirin müavini - hökumət aparatının rəhbəri, Kanat Bozumbayev isə baş nazirin müavini təyin edilib.

Serik Jumanqarin baş nazirin müavini - milli iqtisadiyyat naziri, Jaslan Madiyev isə baş nazirin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri vəzifəsini qoruyub saxlayıb.

Həmçinin daxili işlər naziri Yerjan Sadenov, müdafiə naziri Dauren Kosanov, maliyyə naziri Madi Takiyev, nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Yerlan Akkenjenov, sənaye və tikinti naziri Yersayın Naqaspayev, ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və ədliyyə naziri Yerlan Sarsembayev də öz postlarını qoruyub saxlayıblar.

Bundan başqa, maarif naziri Juldız Süleymenova, səhiyyə naziri Akmaral Alnazarova, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov, əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev, kənd təsərrüfatı naziri Aydarbek Saparov, turizm və idman naziri Yerbol Mırzabosınov, elm və ali təhsil naziri Sayasat Nurbek yenidən qeyd olunan vəzifələrə təyin ediliblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 133   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ ordusunun katibi istefa ərizəsi təqdim edib

"The Hill" qəzeti məlumatlı mənbələrə istinadən ABŞ ordusunun katibi Daniel Driskolun yaxın günlərdə Pentaqondakı vəzifəsindən ayrılacağını bildirib. xəbər verir ki, onların sözlərinə görə, Driskoll ABŞ prezidenti Donald Trampla quru qoşunlarının hazırkı vəziyyətini müzakirə edib və istef

1 sentyabr
.

Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı - Video

İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutada miqrant böhranından sonra ölkə daxilində hökumətə qarşı etirazlar güclənib. "Qafqazinfo" xəbər verir ki, minlərlə insan şəhərin İspaniya suverenliyində qalmasını dəstəkləmək və hökumətin miqrasiya siyasətinə etiraz etmək üçün küçələrə çıxıb

3 sentyabr
.

WSJ Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuel

30 avqust
.

6 min il əvvəl Səhrada göllər, çaylar və begemotlar var idi: Hər şey necə yox oldu?

Bu gün ucsuz-bucaqsız Sahara qumlarının yayıldığı ərazilərdə 6 min il əvvəl sular axır, begemotlar yaşayır, maldarlar isə çiçəklənən savannada sürülərini otarırdılar. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog" yazır. Bu barədə göl çöküntüləri, qədim DNT-nin analizi və 15 mindən ço

31 avqust
.

Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə

Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu

31 avqust
.

Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyası üzrə razılığa gəlib

Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyasını aparmaq barədə razılığa gəlib. "Report" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdəki görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə

3 sentyabr
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

3 sentyabr
.

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq

Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə

2 sentyabr
.

Bu ölkədə etiraz etmək qadağan olundu

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi

3 sentyabr