Miqrant böhranına görə minlərlə insan küçələrə axışdı - Video
İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutada miqrant böhranından sonra ölkə daxilində hökumətə qarşı etirazlar güclənib.
"Qafqazinfo" xəbər verir ki, minlərlə insan şəhərin İspaniya suverenliyində qalmasını dəstəkləmək və hökumətin miqrasiya siyasətinə etiraz etmək üçün küçələrə çıxıb.
30-31 iyul tarixlərində Mərakeşdən Seutaya təxminən 70 min qeyri-qanuni miqrantın keçməyə çalışmasından sonra başlayan böhran ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Həmin hadisələr zamanı 88 miqrantın həyatını itirdiyi açıqlanıb.
Seutanın İspaniya suverenliyi altında olmasını qeyd etmək məqsədilə hər il sentyabrın 2-də keçirilən "Seuta Günü" bu il hökumətə qarşı nümayişlərlə yadda qalıb.
Bələdiyyələr Federasiyasının çağırışından sonra Madrid də daxil olmaqla, ölkənin böyük şəhərlərində aksiyalar keçirilib. Nümayişlər əsas müxalifət Xalq Partiyası (PP) və sağçı "Vox" tərəfindən dəstəklənib.
İspaniya bayraqları daşıyan nümayişçilər Seutadakı miqrant böhranının həllini tələb edib və "Hökumət istefa versin" şüarları səsləndiriblər.
PP lideri Alberto Nunes Feyxoo Baş nazir Pedro Sançesi ölkənin təhlükəsizliyini təmin etməməkdə və İspaniyanın ərazi bütövlüyünü müdafiə etməməkdə günahlandıraraq erkən seçkilər tələb edib.
O, Mərakeşi müdafiə edən açıqlamalar verdiyini bildirdiyi daxili işlər naziri Fernando Qrande-Marlaskanın da istefasını istəyib.
"Vox" lideri Santyaqo Abaskal isə Madriddə keçirilən nümayiş zamanı Sançesi sərt şəkildə tənqid edib və onu Mərakeş hakimiyyətinə xidmət etməkdə ittiham edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 246 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Odessada "Novaya poçta"nın terminalına zərbə endirib
Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki "Novaya poçta"nın terminalına zərbə endirib. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper "Telegram" kanalında məlumat verib. "Zərbədən sonra obyektdə baş verən yanğın artı
31 avqustKobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə
Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu
31 avqustQazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib
Qazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib - yeni hökumətdə dörd yeni nazir təmsil olunur. "Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib. Xarici İşlər Nazirliyinə yenidə
3 sentyabrAc ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici
ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar. xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadə
30 avqustQaqik Xaçatryan həbs edilib
Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs edilib. xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat verib. Daha əvvəl bildirmişdi ki, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulmas
1 sentyabrTramp sui-qəsd cəhdlərindən qorxmadığını bildirib
ABŞ prezidenti Donald Tramp vəzifəsi ilə bağlı riskləri başa düşdüyünü və sui-qəsd qorxusu ilə yaşamadığını bildirib. xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə bildirib:. "Bu təhlükəli peşədir. Onlar yalnız güclü prezidentləri güllələyir və ya güllələməyə çalışırlar. Mən isə çox güclüyəm
31 avqustBektenov Qazaxıstanın yeni baş naziri təyin edilib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun Qazaxıstanın Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb. xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. "Dövlət başçısının fərmanı ilə Oljas Abayeviç Bektenov Qazaxıstan Respublikasının Baş nazir
31 avqust