Bu adada hər 10 nəfərdən biri dünyanı ağ-qara görür - Səbəbi 250 il əvvəlki tayfundur

Bu adada hər 10 nəfərdən biri dünyanı ağ-qara görür - Səbəbi 250 il əvvəlki tayfundurSakit okeanındakı Pinqelap adlı kiçik atollun olduqca maraqlı bir xüsusiyyəti var: adada hər 10 nəfərdən biri ətrafını yalnız ağ-qara və boz çalarlarında görə bilir. Bəs bu qeyri-adi vəziyyət necə yaranıb?

Qaynarinfo xəbər verir ki, 1775-ci ildə Sakit okeanındakı Pinqelap atollunu tayfun vurub. Hadisədən sonra, aralarında kralın da olduğu, cəmi 20-yə yaxın insan sağ qalıb. Yüz illər sonra isə həmin demoqrafik fəlakət əhalinin əhəmiyyətli hissəsində tam rəng korluğunun yaranmasına səbəb olub.

Rəng korluğu rəngləri və ya rənglər arasındakı fərqləri görmə qabiliyyətinin azalmasıdır. ABŞ Milli Göz İnstitutunun məlumatına görə, qırmızı-yaşıl rəng korluğu Şimali Avropa mənşəli kişilərin təxminən 8 faizində, qadınların isə 0,5 faizində müşahidə olunur.

Lakin Pinqelap atollunda əhalinin təxminən 10 faizi tam akromatopsiya, yəni tam rəng korluğu kimi tanınan daha nadir vəziyyətdən əziyyət çəkir.

Bu vəziyyətdə olan insanların rəngləri qəbul edən funksional konus hüceyrələri tamamilə olmadığı üçün onlar ətraflarını yalnız qara, ağ və boz çalarlarında görürlər.

Tam akromatopsiyası olan insanlarda işığa həssaslıq, görmə kəskinliyinin azalması və gözlərin qeyri-iradi hərəkətləri də müşahidə oluna bilər. Pinqelap sakinlərində bu vəziyyət olduqca geniş yayıldığından, onların böyük hissəsinin gün eynəyi ilə görünməsinin səbəblərindən biri də budur.

1775-ci ildə baş verən tayfun Pinqelapın onsuz da kiçik olan əhalisinin demək olar ki, hamısını məhv edib. Kral da daxil olmaqla, cəmi 19 ada sakini atolda sağ qalıb.

Sağ qalan insanların birində və ya bir neçəsində tam rəng korluğuna səbəb olan genin olması ehtimal edilir. Bu gen sonradan adanın görmə problemlərinin əsas səbəblərindən birinə çevrilib.

"American Journal of Human Genetics" jurnalında dərc olunan məqalədə bildirilir ki, Lengkieki tayfunundan sağ çıxanların arasında iki qardaş da olub. Semenuhvenin bir övladı, Mvahuelenin isə yeddi övladı olub. Mvahuelenin üç həyat yoldaşından olan uşaqlarından biri Semenuhvenin qızı olan əmisiqızı ilə evlənib.

Ehtimal olunur ki, bu gen Lengkieki tayfunundan əvvəl də mövcud olub, lakin nadir olub. Daha əvvəl baş vermiş mutasiya nəticəsində yaranan gen təsadüfən sağ qalan azsaylı insanlardan bir neçəsinə, o cümlədən Mvahuele vasitəsilə ötürülüb.

Atolda insanların sayı çox az olduğundan, sonrakı dövrlərdə çoxlu qohum evlilikləri baş verib. Nəticədə həmin gen əhali arasında geniş yayılıb.

Bu genetik vəziyyət dünya üzrə təxminən hər 30 min nəfərdən birində rast gəlinir. Pingelapda isə əhalinin təxminən 10 faizinə, başqa sözlə, hər 10 nəfərdən birinə təsir edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 100   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır

Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri

31 avqust
.

YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir

Aparılan son araşdırmalar nəticəsində Marsın (Qırmızı planetin) cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın şimal bölgəsinə nisbətən 200-400 dərəcə daha isti olduğu müəyyən edilib. xəbər verir ki, "Nature" jurnalında dərc olunan bu elmi sensasiya Marsın dərinliklərind

1 sentyabr
.

Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır

Rusiya və Monqolustanın sərhədyanı rayonlarında taunun təbii ocağı qalmaqdadır, onun yerləşdiyi rayonlarda epidemioloji vəziyyət sabitdir. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib. Təbii ocaq iki ölkənin ərazisində yerləşir və təxminən 29 min kv. km sahən

4 sentyabr
.

Nepalda baş verən dağıdıcı zəlzələdən sonra 20 min ev yenidən tikiləcək

Nepal, ən azı 1204 insanın ölümünə və 4200-dən çox insanın itkin düşməsinə səbəb olan dağıdıcı qar uçqunundan sonra təxminən 20.00 evi yenidən tikəcək və onlarla insanı köçürəcək. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. Dağıntıların miqyasının ilkin qiymətləndirilməsi Nepalın Mill

3 sentyabr
.

Qaqik Xaçatryan həbs edilib

Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs edilib. xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat verib. Daha əvvəl bildirmişdi ki, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulmas

1 sentyabr
.

Polşada əlavə bir zenit-raket alayı yaradılıb

Polşanın milli müdafiə naziri Vladislav Kosyniak-Kamış ölkənin cənubunda əlavə hava hücumundan müdafiə alayı yaratdığını açıqladı. xəbər verir ki, Kosyniak-Kamış X platformasında yazıb: "Bu səhər 87-ci Zenit Alayının yaradılması haqqında müqavilə imzalamaq qərarına gəldim. 87-ci Zenit Alayı Brzeskod

5 sentyabr
.

ABŞ ordusunun katibi istefa ərizəsi təqdim edib

"The Hill" qəzeti məlumatlı mənbələrə istinadən ABŞ ordusunun katibi Daniel Driskolun yaxın günlərdə Pentaqondakı vəzifəsindən ayrılacağını bildirib. xəbər verir ki, onların sözlərinə görə, Driskoll ABŞ prezidenti Donald Trampla quru qoşunlarının hazırkı vəziyyətini müzakirə edib və istef

1 sentyabr
.

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili

4 sentyabr
.

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

ABŞ prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini azaltmadığı təqdirdə, Vaşinqtonun ticarət kəsiri olan ölkələrlə ticarətini dayandıra biləcəyini açıqladı. xəbər verir ki, Truth Social-da paylaşımında Tramp vurğulayıb ki, ABŞ "dünyada ən aşağı faiz dərəcəsinə"

5 sentyabr