Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb
Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin strateji əhəmiyyətli obyektlərin - Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münxen, Frankfurt-Mayn, Ştutqart hava limanlarının, dəmir yolu vağzallarının, eləcə də Almaniya paytaxtındakı hökumət məhəlləsinin yaxınlığında yerləşdirilməsi nəzərdə tutulur.
Həmçinin potensial terrorçuların və ya agentlərin izlənilməsi üçün süni intellektin (üz tanıma, videomüşahidə sistemləri) tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Bundan başqa, Almaniya hakimiyyəti hakerlərin dövlət orqanlarının və ya şirkətlərin sistemlərinə daxil olmaq cəhdlərini aşkarlayacaq və qarşısını alacaq "Cyberdome" adlı kiberhücumlara qarşı milli mübarizə sistemi yaratmaq niyyətindədir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 152 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
6 sentyabrMedia: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina
6 sentyabrTramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı regional çəkindirmə səylərinə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır. xəbər verir ki, bu barədə "Axios" iki amerikalı məmura v
6 sentyabrAlimlər ağ ayıların ilk dəfə nə vaxt peyda olduqlarını TAPDI
Araşdırmalara görə, qütb ayıları buzlaşma dövründə dəniz məməlilərini ovlamaq üçün donmuş okeana çıxan qonur ayılardan təkamül yolu ilə yaranıb. xəbər verir ki, indiyədək məlum olan ən qədim qütb ayısı fosilləri Şpitsbergen arxipelaqında və Norveçin şimalında tapılıb. Bu qalıqların yaşı 115-130 min i
6 sentyabrNyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
6 sentyabrAta oğlunu və gəlinini GÜLLƏLƏDİ
Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə
6 sentyabr