Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"

Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"Yəməndə fəaliyyət göstərən qiyamçı "Ənsar Allah" hərəkatının (husilər) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə silahlı toqquşma istəmədikləri barədə Vaşinqtonu əmin ediblər.

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib:

"Husilər bizimlə əlaqə saxladılar. Onlar bizimlə vuruşmaq niyyətində deyillər. Bunu bizim diqqətimizə çatdırdılar. Onlar mənim tərəfimdən təqib olunmaq istəmirlər".

Trampın sözlərinə görə, husilərin razı qalmadıqları yalnız bir ölkə mövcuddur. Burada böyük ehtimalla Səudiyyə Ərəbistanı nəzərdə tutulub.

Birləşmiş Ştatların rəhbəri bu problemi yoluna qoyacağını diqqətə çatdırıb.

Bundan əlavə, ABŞ Prezidenti İrandakı vəziyyətə toxunaraq İslam Respublikası ilə müharibənin çox tezliklə başa çatacağını bəyan edib.

Tramp əlavə edib ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra neftin qiyməti aşağı düşəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 142   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

15 illik rekord yeniləndi: İtalyan şahzadəsinin doqquz yaşlı oğlu Monblana qalxdı

İtalyanəsilli britaniyalı Lelio Massimo di Rokkasekka Monblan dağının zirvəsinə qalxmağı bacaran ən gənc alpinist kimi tarixə düşüb. -ın "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, Londonda anadan olmuş 9 yaşlı uşaq Qərbi Avropanın ən hündür nöqtəsini fəth edib. Nəşr qeyd edir ki

12 sentyabr
.

Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib

Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib. "Report"un verdiyi məlumata görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağ

13 sentyabr
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13 sentyabr
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13 sentyabr
.

"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir

ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı

13 sentyabr
.

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd

13 sentyabr
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

13 sentyabr
.

Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı

Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adın

12 sentyabr
.

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi

13 sentyabr