Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı

Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladıKanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adını alıb. Qeyd edək ki, siyasətçi bu ifadədən öz nitqlərində tez-tez istifadə edir.

Vurğulanır ki, Trüdo yeni biznesi öz aparatının sabiq və uzunmüddətli rəhbəri Keti Telfordla birlikdə yaradıb. Şirkətin yaydığı açıqlamada bildirilir ki, əsas məqsəd kino, televiziya, audio və canlı layihələr vasitəsilə insanlara bir-birini görməyə, anlamağa və aralarındakı bağı hiss etməyə kömək edən hekayələrlə cəmiyyəti bir araya gətirməkdir.

Qeyd edək ki, Trüdo 2025-ci ildə Liberal partiyasının populyarlığının azalmasından sonra baş nazir postunu tərk edib, lakin o, hələ də ictimai çıxışlarını və bəyanatlarını davam etdirir.

Siyasətçinin vəzifədən getməsindən bir neçə ay sonra onun ABŞ-li pop-ulduz Keti Perri ilə eşq yaşadığı üzə çıxıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 110   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrailin müdafiə naziri İranı üçüncü zərbə ilə hədələdi

İsrailin müdafiə naziri İsrael Katz bazar günü Baş nazir Binyamin Netanyahu ilə birlikdə Suriya tərəfindəki Hermon dağında İsrail əsgərlərini ziyarət edərkən İsrail qoşunlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəyini bildirib. xəbər verir ki, bu barədə "France-Presse"

10 sentyabr
.

Tramp ABŞ-da Çin avtomobil istehsalına qarşı olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp, Amerika avtomobil istehsalçıları və qanunvericilərinin müqavimətinə baxmayaraq, Çin avtomobil istehsalçılarının ABŞ-da fabriklər tikməsinə etiraz etməyəcəyini bildirib. xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, "Əgər Çin gəlib burada avtomobi

12 sentyabr
.

Günəşdə şiddətli partlayış ehtimalı var

Sentyabrın 11-i və 12-də Günəş səthindəki partlayış aktivliyinin ümumilikdə zəif olacağı proqnozlaşdırılsa da, güclü partlayışların qeydə alınması da istisna olunmur. xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Günəşdəki partlayış aktivliyi sentyabrın 11 v

11 sentyabr
.

Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu (FOTO)

Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakini Kırımda dron hücumu zamanı həlak olub. istinadla xəbər verir ki, 45 yaşlı Mahir Məmmədov yük maşını idarə edərkən dron hücumuna məruz qalaraq həlak olub. Hadisə nəticəsində yük maşını yanıb, içərisindəki yük isə yararsız vəziyyətə düşüb. Qeyd edək ki, mərhumu

12 sentyabr
.

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind

12 sentyabr
.

Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib

12 sentyabr
.

Ermənistanla bütün sahələrdə münasibətləri dərinləşdirmək lazımdır - Əraqçi

İran və Ermənistan arasındakı münasibətlər mehriban qonşuluq siyasəti çərçivəsində böyük əhəmiyyət kəsb edir. xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qafan şəhərinə yeni təyin olunmuş baş konsul Davud Yayci ilə görüşündə bildirib. O, tərəflərin maraq dairəsində olan bütün sahələrd

11 sentyabr
.

FT: ABŞ tankerlərin Hörmüzdən keçidi üçün vaxt intervalını azaldıb

ABŞ Hörmüz boğazından keçən tankerlərin hərbi mühafizənin təmin oluna biləcəyi müəyyən vaxt intervallarında hərəkət etməsinə çağırıb. "Report"un "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə "Financial Times" yazır. Bu addım gecə saatlarında boğazdan keçən gəmilər

12 sentyabr
.

Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb

Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb. "Xinhua" agentliyinin yaydığı fotoya əsasən

10 sentyabr