Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Oxu.Az Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib.
"Bəli, əlbəttə. Biz getməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - deyə Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, onun Rusiya prezidentinə məhz nə deyəcəyi o qədər də önəmli olmayacaq. O vurğulayıb: "Yalnız nəticə əhəmiyyət kəsb edəcək".
Qeyd edək ki, G20 sammiti 14-15 dekabrda ABŞ Prezidenti Donald Trampın sədrliyi altında "Trump National Doral Miami" qolf klubunda təşkil olunacaq. Rusiya tədbirə dəvət alıb və iştirak formatı üzərində işləyir. Cənubi Afrika Respublikası Vaşinqtonla diplomatik ixtilaflar səbəbindən dəvət edilməyib, qonaqlar arasında isə Qazaxıstan və Özbəkistan liderləri də var. Sammitin rəsmi saytındakı məlumata əsasən, G20-yə daxil olmayan, lakin tədbirə dəvət edilən ölkələr arasında Ukraynanın adı hələlik yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 135 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) oğlu Tuğberk Yağız Gülter uzun aradan sonra səssizliyini pozub. Axşam.az xəbər verir ki, Tuğberk məhkəmədə Güllünün qızı Tuğyan Ülkem Gülterin qardaşı kimi yox, anasının oğlu kimi iştirak edəcəyini vurğulayıb:. "Məhkəməy
12 sentyabrAvropa qoşunlarının Ukraynaya girməsi Rusiya ilə müharibə demək olardı
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Avropa ölkələri ilə münaqişə üçün heç bir əsası yoxdur, çünki İkinci Dünya Müharibəsinin nəticələri ilə bağlı məsələlər həll olunub. xəbər verir ki, eyni zamanda, o, Avropa qoşunlarının Ukraynaya mümkün girişinin Rusiya ilə müharibə demək olacağ
12 sentyabrFilippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
12 sentyabrYəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib. "Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasını
12 sentyabrII Ramzesin 6,7 metrlik heykəlinin çatışmayan hissəsi 94 ildən sonra tapıldı
Təxminən bir əsr ayrı vəziyyətdə qalan firon II Ramzesin heykəli yenidən birləşdirilərək Misirdə əvvəlki yerində quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb. Məlumata görə, heykəlin aşağı hissəsi 1930-cu ildə, yuxarı hissəsi isə yalnız 2024-cü ildə tapılıb. Təxminə
12 sentyabrGünəşdə şiddətli partlayış ehtimalı var
Sentyabrın 11-i və 12-də Günəş səthindəki partlayış aktivliyinin ümumilikdə zəif olacağı proqnozlaşdırılsa da, güclü partlayışların qeydə alınması da istisna olunmur. xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Günəşdəki partlayış aktivliyi sentyabrın 11 v
11 sentyabrKanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı
Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adın
12 sentyabr