Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb.
"Əgər Çin bura gələrək öz maşınlarını istehsal etmək məqsədilə zavod açmaq istəsə, mən buna etiraz etmərəm. Yaponiyalılar bunu edirlər. Lakin onlar bizim vətəndaşlarımızı işə götürürlər. Ən mühüm məsələ onların bizim insanları iş yerləri ilə təmin etməsidir", - deyə ABŞ lideri qeyd edib.
Bununla yanaşı, Tramp Çin müəssisələrinin nəqliyyat vasitələrini aşağı xərclərlə Meksika ərazisində yığaraq ABŞ bazarına çıxarmasının əleyhinə olduğunu da diqqətə çatdırıb.
"Mən onların avtomobilləri aşağı xərclərlə Meksikada istehsal etməsini və sadəcə olaraq sərhədi keçərək ABŞ-yə gətirməsini istəmirəm. Buna qətiyyən yol verilməyəcək", - deyə o əlavə edib.
Vaşinqton və Pekin arasındakı iqtisadi-ticarət əlaqələrinə toxunan Tramp hazırkı dövrdə hər iki dövlət arasında durumun yaxşı olduğunu açıqlayıb.
"İndi Çinlə olan işlərimiz olduqca yaxşı irəliləyir. Əvvəllər vəziyyət çox pis idi, lakin hazırda hər şey qaydasındadır", - deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 259 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrPakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub
Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind
15 oktyabrUkrayna müharibəsində Ukrayna özü günahkardır? - Tusk Trampa eyham vurdu
Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır. "AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Düny
13 oktyabr