Nigeriyada məşhur aktrisa 26 yaşında öldü

Nigeriyada məşhur aktrisa 26 yaşında öldü"Nimmi Ferrari" təxəllüsü ilə məşhurlaşan nigeriyalı aktrisa Adesanya Nimota Omotolani 26 yaşında ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə aktrisanın ailə üzvlərinə istinadən Böyük Britaniyanın "Need To Know" portalı xəbər yayıb.

Məlumata əsasən, gənc sənətçi sentyabrın 6-da dünyasını dəyişib. Aktrisanın bacısının sözlərinə görə, onun səhhəti qəflətən pisləşib və tibb işçilərinin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb.

Rəsmi olaraq təsdiqlənməyən mənbələrdən əldə edilən məlumatlarda bildirilir ki, Omotolaninin ölümündən bir müddət əvvəl cərrahi əməliyyat keçirməsi iddiası var.

Qeyd edək ki, "Nimmi Ferrari" daha çox yoruba dilində çəkilmiş filmlərdəki rolları ilə populyarlıq qazanmışdı. O, şəxsi prodüser şirkətini idarə etməklə yanaşı, kino sənayesinin məşhur nümayəndələrindən müsahibələr aldığı xüsusi bloq da aparırdı. Bunlardan əlavə, Omotolani "TikTok" sosial şəbəkəsində 310 mindən artıq izləyicisi olan tanınmış influenser kimi fəaliyyət göstərirdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 411   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

İraqın Kərkük vilayətində İŞİD terror qruplaşmasına məxsus qurğunun partlaması nəticəsində 2 hərbi qulluqçu, o cümlədən bir briqada generalı ölüb. "Report" xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qurumun rəsmi nümayəndəs

14 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb

Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib

13 oktyabr
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12 oktyabr
.

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə

13 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr
.

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər

Qazaxıstan və Belçika kritik əhəmiyyətli minerallar sahəsində birgə layihələri inkişaf etdirəcəklər. "Report" xəbər verir ki, bu barədə 24KZ məlumat yayıb. Bu gün Astanada keçirilən Qazaxıstan-Belçika dəyirmi masasında kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığın perspektivləri müzakir

13 oktyabr