Rusiya və Çinin ABŞ-nin "Qızıl qübbə"sinə qarşı planı
Rusiya və Çin ABŞ-nin "Golden dome" ("Qızıl qübbə") raket əleyhinə müdafiə sisteminin effektivliyini asanlıqla aşağı sala bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Siyasət Araşdırmaları Mərkəzinin (FPRI) hesabatında qeyd olunur.
Bildirilir ki, "Qızıl qübbə" raketləri sürətlənmə mərhələsində vurmaq üçün nəzərdə tutulmuş kosmik tutucu peyklər eşelonuna malik aviahücumdan müdafiə layihəsidir. Hesabat müəlliflərinin fikrincə, KXDR, Çin və ya Rusiyanın raketlərindən qorunmaq üçün minlərlə, hətta on minlərlə belə aparata ehtiyac duyulacaq. İlkin xərclərin onlarla və ya yüzlərlə milyard dollar olacağı təxmin edilir. Peyklərin istismar müddətinin təxminən 5 il olduğunu nəzərə alsaq, hər il onların yenilənməsinə ümumi dəyərin beşdə birini xərcləmək lazım gələcək.
Sistemin ən böyük zəifliyi tutma vaxtının qısa olmasıdır. Rusiya və Çin mühərrikləri daha sürətli yanan raketlər inkişaf etdirərək bu müddəti daha da qısalda bilərlər. Sənəddə sadalanan digər əks-tədbirlər arasında peykləri "kor etmək" üçün yerüstü lazerlər, peyk əleyhinə raketlər, kosmik minalar və əlavə döyüş başlıqlarının yerləşdirilməsi yer alır.
FPRI analitikləri kosmik tutucuları asanlıqla dəf edilə bilən, eyni zamanda ABŞ-ın rəqibləri tərəfindən sabitliyi pozan hərəkətlərə təkan verə biləcək "həssas və bahalı müdafiə" adlandırırlar.
ABŞ Prezidenti Donald Tramp "Golden dome" layihəsinin yaradılması təşəbbüsünü 2025-ci ilin yanvarında irəli sürüb. O, layihənin dəyərini 175 milyard dollar olaraq qiymətləndirir və sistemin 2029-cu ilə qədər istifadəyə veriləcəyini vəd edir. Konqresin Büdcə İdarəsinin hesablamalarına görə isə layihəyə 20 il ərzində 161 milyard dollardan 542 milyard dollara qədər vəsait tələb olunacaq.
Moskva və Pekində bu layihə sabitliyə təhdid və kosmik fəzanın hərbiləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 137 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Buzlaqların əriməsinin təhlükəsi aşkarlandı
"Buzlaqların əriməsi atmosferə böyük miqdarda metan və karbon qazının sızmasına səbəb olur ki, bu da qlobal iqlim üçün ciddi təhlükə yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Konstantin Qribanov xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, buzlaqla
12 sentyabrRusiya və Çinin ABŞ-nin "Qızıl qübbə"sinə qarşı planı
Rusiya və Çin ABŞ-nin "Golden dome" ("Qızıl qübbə") raket əleyhinə müdafiə sisteminin effektivliyini asanlıqla aşağı sala bilərlər. xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Siyasət Araşdırmaları Mərkəzinin (FPRI) hesabatında qeyd olunur. Bildirilir ki, "Qızıl qübbə" raketlər
12 sentyabrDünya ABŞ-ın maliyyə sisteminə inamı itirir
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Amerikanın dövlət borcunun ödənilməsindəki problemlər fonunda dünya ABŞ maliyyə sisteminə inamı itirir. xəbər verir ki, Əraqçi özünün X səhifəsində yazıb: . "ABŞ Maliyyə Naziri iranlıları müflis etmək və İran iqtisadiyyatını məhv etmək istəy
12 sentyabrPeskov Putin və Zelenski arasında mümkün görüşün şərtini açıqladı
Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tuta biləcək görüş üçün gərəkən şərti açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Peskov qeyd edib ki, Zelenski danışıqlar aparmaq məqsədil
12 sentyabrAntarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı
Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb
10 sentyabrƏlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri dayandırıb. Bu barədə "Report" Əlcəzairin rəsmi dövlət xəbər agentliyinə istinadən məlumat yayıb. Ölkə hökuməti bu addımın ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün imkanlar tükəndikdən sonra atıldığını bildirib. Qərarı
10 sentyabrRusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib
Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər
12 sentyabrPlanetdə cəmi 6 kol qalmışdı: Alimlər nəsli kəsilməkdə olan çiçəyi xilas etdi
Alimlər yaxın vaxtlara qədər tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan nadir Qalapaqos qalveziyasının populyasiyasını bərpa etməyə nail olublar. Bu kol onilliklər ərzində alimlər üçün demək olar ki, əfsanəvi bitki hesab olunub. Onun haqqında yalnız 1962-ci ildə İzabela adasında tapılmış yeganə herbar
11 sentyabrZelenski G20 sammitində Putinlə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib
12 sentyabr