Böyük Qələbəyə gedən yolun müjdəçisi

Böyük Qələbəyə gedən yolun müjdəçisiİşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləcə də 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi tamamilə məhv edilib.

Cəbrayılın təhsil və səhiyyə, elm və mədəniyyət müəssisələri, tarix-memarlıq, dini abidələri, o cümlədən zəngin irsimizin yadigarı olan Divlər sarayı mağarası, Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Mazannənə, Mərmər nənə məqbərələri, Başıkəsik gümbəz, Qala, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, Dairəvi türbə və digər abidələrimiz dağıntılara məruz qalmışdır.

Dövlətimiz ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı, o cümlədən Cəbrayıldakı zəngin maddi və mənəvi sərvətlərimizin, dini, tarixi-memarlıq abidələrimizin məhv edilməsinə dair əsaslı fakt və materialları müntəzəm olaraq beynəlxalq təşkilat və təsisatlara, o cümlədən dünya mədəni irsinin mühafizəçisi kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-ya təqdim edib, vəziyyətlə yerində tanış olmaq üçün dəvət etsə də, bu müraciətlər nədənsə qulaqardı edilmiş, cavabsız qalmışdır.

Eyni zamanda, bu illər ərzində Türk və İslam dünyası, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlar erməni vandalizminə qarşı Azərbaycanın haqq işinə hər zaman obyektiv siyasi-hüquqi qiymət vermiş, mənfur qonşularımızın qeyri-insani əməllərini pisləmişlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyini azad edərək Cocuq Mərcanlı kəndini öz sakinlərinə, doğma yurda qovuşdurmaqla Cəbrayılın yenidən yazılan tarixində böyük qayıdışın ilk təməllərini qoydu.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndinin işğaldan azad edilməsi Böyük Zəfərə gedən yolda ilk müjdə oldu. Müzəffər Ali Baş Komandanın həmin gün bəyan etdiyi kimi, Böyük Qayıdış Proqramı Cocuq Mərcanlı ilə başlayıb, Vətən müharibəsindəki ilk ciddi uğur isə Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən və strateji mövqeyə malik Cəbrayıl rayonunun azad edilməsi ilə həm də 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayonun azad edilməsi digər ərazilərimizə uğurlu əks-hücumun müvəffəqiyyətlə aparılmasına imkan yaratdı, Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun cənub kəndlərini və strateji Hadrut qəsəbəsini, eyni zamanda, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu körpüdə Azərbaycan Bayrağının ucaldılması böyük tarixi və siyasi əhəmiyyət kəsb etməklə dövlət sərhədlərimizin bərpasında müstəsna rol oynadı. Beləliklə, Cəbrayıl rayonunun azad edilməsi ilə başlanan tarixi missiya 44 günlük Vətən müharibəsinin qələbə akkordunun tamamlanması ilə nəticələndi.

Ali Baş Komandanın müvafiq sərəncamları ilə Cəbrayılın Zəfərimizdəki rolu və əhəmiyyəti nəzərə alınaraq 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi, Silahlı Qüvvələrimizin 22 min 797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olundu.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi kursuna uyğun olaraq 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən edildi. 27 illik işğalın sona çatmasından dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfərlər edərək əsaslı bərpa və yenidənqurma işlərinin aparılmasına start verdilər. Bu günə kimi dövlət başçısının Cəbrayıla 10 səfəri baş tutmuşdur.

Beləliklə, Cəbrayıl rayonunda aparılan davamlı yenidənqurma və bərpa işlərinin, ərazidə yaradılan vacib infrastrukturların böyük bir qisminin başa çatdırılmasından sonra sakinlərin öz ata-baba yurdlarına qayıdışı baş tutdu, ilk olaraq Bakı şəhərinin Qaradağ rayonundan 36 ailə - 117 nəfər öz doğma ocaqlarına köçürülüb.
Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl Şəhər Günündə rayonda inşa olunan ilk yaşayış kompleksinin açılış mərasimində sakinlərə mənzillərin açarlarını təqdim etməsi ilə Cəbrayılın həyatında əbədi qayıdışın möhkəm təməlləri qoyuldu. Tarixi və rəmzi məna daşıyan bu əlamətdar gündə sakinlərin həyatına yeni qapıların açılması uğurlu bir missiyanın yerinə yetirilməsi kimi hesab edilə bilər.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 244   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətil

29 sentyabr
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

1 oktyabr
.

4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

30 sentyabr
.

Ölkənin taleyini dəyişən seçkilər

"1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikasında müstəqilliyin ilk illərində özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Hakimiyyətdə yaranan böşluqdan istifadə edən Erməni separatçıları təcavüzü gücləndirir və bir-birinin ardı ilə əraziləri işğal edirdi. Ölkəd

1 oktyabr
.

Cəbrayılın tarixində yeni səhifə

Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının altıncı ili tamam olur və həmin gün biz həm də Cəbrayıl şəhəri gününü qeyd edəcəyik. Düz altı il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndə

1 oktyabr
.

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin tam mətini təqdim edir:. "Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!. Asiya qitəsinin 90%-n

1 oktyabr
.

Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini

30 sentyabr
.

Prezident: "AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsin

1 oktyabr
.

Cəbrayıl - azadlığa qovuşan ilk şəhər

Cəbrayıl şəhərinin azadlığına qovuşmasından altı il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətə

1 oktyabr