Dövlətçilik tariximizdə dönüş nöqtəsi

Dövlətçilik tariximizdə dönüş nöqtəsiQüdrətli Azərbaycan dövlətinin təməl daşları 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi ən ağır sınaqlar fonunda qoyuldu. Müstəqilliyin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələrlə yadda qaldı. Sovet İttifaqının dağılması ilə Azərbaycan nominal olaraq azad olsa da, reallıqda daxili çəkişmələr, savadsız və məsuliyyətsiz idarəetmə, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması ölkəni uçuruma aparırdı. Xalqın müstəqillik uğrunda verdiyi qurbanların nəticəsini heçə endirən hakimiyyətlərin qeyri-peşəkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, yüz minlərlə soydaşımız məcburi köçkünə çevrildi, dövlətçiliyimizin əsasları sarsıldı, iqtisadiyyat dağılmağa başladı, vətəndaş müharibəsi təhlükəsi isə real xarakter aldı. Belə bir şəraitdə xalqın xilası üçün yeganə ümid ünvanı dahi şəxsiyyət Heydər Əliyev idi. Azərbaycanın müasir tarixində əbədi olaraq "xilaskarlıq missiyası" adlanan bu dönüş həm xalqın iradəsi, həm də Ümummilli Liderin müdrikliyi sayəsində reallaşdı.

1991-1993-cü illər dövlət idarəçiliyi tariximizdə hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkarlıq dövrü kimi yadda qalıb. Ölkəyə rəhbərlik edən şəxslər milli maraqları müdafiə etmək iqtidarında deyildilər. AXC-Müsavat cütlüyü dövlətçilikdən bixəbər, siyasi romantizmin təsiri ilə hakimiyyətə gəlmiş, lakin bir neçə ay ərzində öz səriştəsizlikləri ilə ölkəni xaosa sürükləmişdi. Ordu quruculuğu sahəsində ciddi addımlar atılmır, əksinə, müxtəlif silahlı dəstələr özbaşına fəaliyyət göstərir, bir çox hallarda mərkəzi hakimiyyətə meydan oxuyurdu. Dövlət çevrilişlərinin bir-birini əvəz etdiyi bu dövrdə Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Şuşa və Laçının itirilməsi, ölkənin şimalında və cənubunda separatizm meyillərinin baş qaldırması səriştəsiz idarəetmənin fəsadları idi. Məhz bu səbəbdən xalq xilası üçün başqa ünvan görmür, Azərbaycanı yalnız Heydər Əliyevin xilas edə biləcəyinə inanırdı.

Azərbaycan ziyalılarının Ümummilli Lider Heydər Əliyevə "91-lər" adı ilə tarixə düşən müraciəti də bu həqiqətin təsdiqi idi. Onlar Heydər Əliyevin hakimiyyətə qayıdışını milli dövlətçiliyin qorunması üçün zəruri şərt hesab edirdilər. 1992-ci ildən etibarən xalqın da, siyasi dairələrin də istəyi aydın şəkildə ifadə olunmağa başladı. 1993-cü ilin iyununda ölkədə yaranan dərin siyasi böhran zamanı hakimiyyətin özü də xalqın təkidli çağırışına qoşularaq Heydər Əliyevi Bakıya dəvət etdi. O isə həyatını təhlükə altına ataraq məsuliyyətin yükünü çiyinlərinə götürdü. Gəncədə baş vermiş qiyamın qarşısını almaqla Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bu, sadəcə bir siyasi addım deyildi, həm də dövlətin varlığının qorunması, müstəqilliyin əldən getməsinin qarşısının alınması demək idi.

Xalqın mütləq əksəriyyəti xilaskarını seçməkdə tərəddüd etmədi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xalq böyük səs çoxluğu ilə öz iradəsini ifadə edərək Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçdi. Bu, həm də müstəqil Azərbaycan dövlətinin taleyinin həll olunduğu məqam idi. 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ümummilli Liderin dediyi sözlər isə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm" Bu tarixi vəd sonrakı onilliklərdə həyata keçirilən islahatlarda, quruculuq işlərində və ən əsası, Azərbaycanın bugünkü qüdrətli dövlətə çevrilməsində öz təsdiqini tapdı.

Prezident seçildikdən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin qarşısında duran ən mühüm vəzifə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması idi. Dövlətçiliyin qorunması üçün ilk şərt vətəndaş qarşıdurmasına son qoymaq, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, mərkəzi hakimiyyətin nüfuzunu bərpa etmək idi. Ulu Öndər qısa müddətdə bu sahədə mühüm addımlar ataraq anarxiyanı aradan qaldırdı. Dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Bu sabitlik sonrakı illərdə iqtisadi islahatların, sosial yüksəlişin, siyasi möhkəmlənmənin əsas dayağına çevrildi.

Ulu Öndər dövləti idarəetmə sükanının arxasına keçməsi ərəfəsində İqtisadiyyat dağılmış, dövlət büdcəsi boşalmış, inflyasiya dərinləşmişdi. Belə bir vəziyyətdə xalqın güzəranı günü-gündən ağırlaşırdı. Ulu Öndər Heydər Əliyev iqtisadi sabitliyi təmin etmək üçün qlobal miqyaslı addımlar atdı. 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanı enerji xəritəsində strateji oyunçuya çevirdi. Bununla da ölkəmizin iqtisadi inkişafına yeni nəfəs verildi, beynəlxalq sərmayə axınına şərait yaradıldı. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız öz təbii sərvətlərini dünya bazarına çıxarmadı, həm də mühüm nəqliyyat-kommunikasiya qovşağına çevrildi. Bu isə müstəqil dövlətin siyasi-iqtisadi suverenliyinin təmin olunmasının əsas göstəricisi oldu.

Ordu quruculuğu da Ulu Öndərin siyasətində prioritet sahə idi. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün güclü ordunun yaradılması vacib idi. Qısa müddətdə Silahlı Qüvvələrin təşkili və peşəkar hərbi kadrların formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Ümummilli Lider hər zaman bildirirdi ki, müstəqil dövlətin ən böyük dayaqlarından biri məhz güclü ordudur. Bu siyasət sonrakı illərdə möhkəmlənərək Azərbaycan Ordusunun tarixi Qələbə ilə nəticələnən yoluna işıq saldı.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası təkcə 1990-cı illərin siyasi böhranının qarşısını almaqla bitmədi. Onun həyata keçirdiyi islahatlar müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasını təmin etdi. Dövlət idarəçiliyi sisteminin formalaşdırılması, Milli Konstitusiyanın qəbul edilməsi, demokratik institutların yaradılması, beynəlxalq münasibətlərdə balanslı və müstəqil siyasətin yürüdülməsi Azərbaycanın bugünkü güclü dövlət statusunun əsasını qoydu.

Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hər zaman qurucu və xilaskar dövlət xadimi kimi yad edəcək. Onun rəhbərliyi ilə atılan addımlar müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın gələcək nəsillər qarşısında üzüağ qalmasına xidmət etdi. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz həmin dövrdə - 1993-cü ilin oktyabrında xalqın taleyüklü seçimi ilə qoyuldu. Ümummilli Lider Heydər Əliyevin adı isə xalqın yaddaşında əbədi olaraq xilaskar, qurucu və müdrik dövlət başçısı kimi yaşayacaq.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 345   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

1 oktyabr
.

Cəbrayıl - azadlığa qovuşan ilk şəhər

Cəbrayıl şəhərinin azadlığına qovuşmasından altı il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətə

1 oktyabr
.

Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu

Qarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçis

1 oktyabr
.

İlham Əliyev: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımında

1 oktyabr
.

4 oktyabr - Cəbrayıl şəhəri günü dövlətçilik tariximizin şanlı səhifəsidir

Üçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda əzəmətlə dalğalanır. Düşmən işğalında

1 oktyabr
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

30 sentyabr
.

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir

Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın

29 sentyabr
.

Böyük Qələbəyə gedən yolun müjdəçisi

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləc

1 oktyabr
.

Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini

30 sentyabr