Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı

Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladıİngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb.

Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşanan gözlənilməz və qəribə münaqişələrdən danışıb.

Kerroll milli komandanın düşərgəsində baş verən telefon insidentini belə xatırlayıb:

"Baş məşqçi Fabio Kapello bir az dəli idi. Komanda iclasına 15 dəqiqə qalmış gəlib döşəmədə oturaraq telefonuma baxırdım. Kapello içəri girdi, yanıma yaxınlaşdı və telefonu əlimdən alıb apardı.

"Biz burada işləməyə çalışırıq! Telefonla məşğul olmaqla hörmətsizlik edirsən! Mənə mesaj göndər!" - deyə qışqırdı. Sonra telefonu sinəmə çırpdı".

Hücumçunun sözlərinə görə, bu hadisə onu tamamilə çaş-baş salıb. Komanda yoldaşı Eşli Koul isə qorxaraq telefonunu köynəyinin altında gizlətməyə çalışıb.

Kerroll başqa bir insidentdən də danışıb. Onun sözlərinə görə, Kapello meydandan kənar davranışları və şəxsi həyatı ilə bağlı yayılan şayiələrə görə onu danlayıb.

"Kapellonun kabinetinə girən kimi məni danlamağa başladı:

"Sən spirtli içkilər içməyin və yaşlı qadınlarla keçirdiyin gecələrin səbəb olduğu xəbərlərlə daim medianın gündəmindəsən. Buna son qoymalısan".

Təəccüblə soruşdum: "Nə? Mən belə bir şey etməmişəm".

O isə israrla dedi: "Bəli, etmisən. İçirsən və yaşlı qadınlarla yatırsan..."

Öz-özümə düşündüm: "Bu adam nə danışır? Ona kim deyib ki, mən nənələrlə yatıram? Yoxsa məni komanda yoldaşlarımdan biri ilə səhv salıb?"

Sonda sadəcə onunla razılaşmalı oldum: "Yaxşı, bir də belə şey olmayacaq"".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 201   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşə çıxacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb. R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub. Cüdoçumuz mübarizəni təsəlliveric

6 oktyabr
.

"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb. Bu barədə -a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. "Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik

2 oktyabr
.

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir

Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də

1 oktyabr
.

Bakıdakı dünya çempionatında möhtəşəm mənzərə: Bacı-qardaş eyni vaxtda tatamiyə çıxdı - Video

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Yaponiyanın məşhur Abe bacı-qardaşlarının eyni vaxtda tatamiyə çıxması maraqlı görüntü ilə yadda qalıb. xəbər verir ki, Hifumi Abe (66 kq) və bacısı Uta Abe (52 kq) yarışın ikinci günündə öz çəki dərəcələrində eyni vaxtda mübarizə aparıblar. Hər iki cüdoç

5 oktyabr
.

"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib. xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2

2 oktyabr
.

Ferhat Gündoğdu da həbs edildi

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri (MHK) Ferhat Gündoğdu həbs edilib. Bu barədə "Haber Global"a istinadən məlumat verir. Bildirilir ki, "Hakimlər dosyesi" istintaqı çərçivəsində saxlanılan və aralarında MHK Prezidenti Ferhat Gündoğdunun da olduğ

3 oktyabr
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

4 oktyabr
.

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlanıb. "Qafqazinfo" UEFA-nın saytına istinadən verir ki, D Liqasında 2-ci qrupun oyununu Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətdə Maksimilia

29 sentyabr
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

1 oktyabr