İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - Foto/Video
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.
Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev deyib:
- Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.
Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.
Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu deyib, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışıb, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd edib.
"İdmançıları təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, həmçinin idman, mədəniyyət və ənənələr diyarı olan Azərbaycanda salamlayıram", - deyən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib.
Tədbir bədii hissə ilə davam edib.
Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, oktyabrın 4-də start götürən cüdo üzrə dünya çempionatına ayın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparır.














17:51
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyib.
16:37
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Bakıda tanınmış restoranda biabırçılıq
Azərbaycanda qızıl kəskin bahalaşdı
Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
"Kadir" "Eşref"i tək qoymayacaq
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB