AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm".
Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı əsas məsələlərdən biri Ermənistanın uzun illər davam edən işğal siyasətinə və onun ağır humanitar nəticələrinə beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymətin verilməməsidir. Prezident İlham Əliyev sammitdəki çıxışında xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olub, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından qovulub, etnik təmizləməyə məruz qalıb. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların da öz tarixi torpaqlarından didərgin salınması xalqımızın yaddaşında dərin iz buraxıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədə işğal olunmuş ərazilərdən erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin həmin sənədlərin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemləri üzə çıxardı. Azərbaycanın təcrübəsi bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların yerinə yetirilməsini təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Prezident İlham Əliyevin bu məsələyə dair mövqeyi beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da aktualdır. Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaradılmadıqca müharibələrin və münaqişələrin qarşısını almaq çətin olacaq. Təcavüzkarın cəzasız qalması yeni təhlükələrə yol açır, beynəlxalq hüquqa inamı zəiflədir və münaqişələrin uzanmasına şərait yaradır. Buna görə də beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni meyarlarla yanaşılması qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Ölkəmiz bu gün də regionda dayanıqlı sülhün təmin olunmasını, dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və hüquqi öhdəliklər əsasında qurulmasını dəstəkləyir. Bu baxımdan AQEM kimi çoxtərəfli platformalar beynəlxalq problemlərin müzakirəsi, dövlətlərin mövqelərinin yaxınlaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılması ölkəmizin beynəlxalq miqyasda artan rolunun, diplomatik təşəbbüslərinin və əməkdaşlığa əsaslanan siyasətinin mühüm göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regional və qlobal təhlükəsizliyə, dövlətlərarası dialoqun inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Qarşıdakı dövrdə sədrliyin davam etdirilməsi AQEM-in institusional potensialının artırılması, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açacaq. Bütün bunlar göstərir ki, Azərbaycanın AQEM-də fəaliyyəti təkcə təşkilata rəhbərliklə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin beynəlxalq siyasətdə fəal iştirakının, milli maraqlarla ümumi təhlükəsizlik məqsədlərini uzlaşdırmaq bacarığının və dialoqa əsaslanan əməkdaşlığa verdiyi önəmin ifadəsidir. Azərbaycanın sədrliyinin davam etməsi isə ölkəmizin irəli sürdüyü təşəbbüslərin inkişafı və Asiyada qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi üçün əhəmiyyətli zəmin yaradır.
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin beynəlxalq mövqeyinə, diplomatik fəaliyyətinə və təşkilat çərçivəsində həyata keçirdiyi təşəbbüslərə verilən yüksək qiymətdir. Bu qərar Azərbaycanın təşkilat daxilindəki fəaliyyətinin davam etdirilməsinə üzv dövlətlərin razılığını və Bakının üzərinə götürdüyü sədrliyin növbəti mərhələdə də davam etdirilməsinə dəstəyini nümayiş etdirir. AQEM-də sədrliyin uzadılmasını yalnız təşkilati qərar kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılması ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən dəstəyin və çoxtərəfli diplomatiyada iştirakının davamlılığının göstəricisidir.
Azərbaycanın artan geosiyasi çəkisi və Bakının beynəlxalq diplomatik mərkəz kimi rolu növbəti dəfə öz sözünü dedi. Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində sədrliyinin daha iki il uzadılması Azərbaycana üzv ölkələrin etimadədır və Azərbaycanın indiyə qədərki sədrliyinə verilən ən yüksək qiymətdir.
Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası
Əli Həsənova yeni vəzifə verilir