Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər.
Milli.Az xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb.
ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri tərəfindən aparılan və "Clinical Gastroenterology and Hepatology" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, axşam yeməyindən sonra və ya yatmazdan əvvəl müntəzəm qida qəbul edən insanlarda qaraciyər xəstəliklərinə rast gəlinmə göstəricisi 20-30 faiz daha yüksəkdir.
Alimlər bildirirlər ki, orqanizmin bioloji saatı qidaların emalında mühüm rol oynayır. Bədən yuxuya hazırlaşarkən yemək yemək qidaların emalını çətinləşdirə bilər. Bu vərdiş uzun müddət davam etdikdə piylənmə, diabet və qaraciyər problemləri ilə əlaqəli ola bilər.
Tədqiqatın müəllifləri gündəlik kalori qəbulunu yatmazdan bir neçə saat əvvəl dayandırmağın faydalı ola biləcəyini qeyd edirlər.
Bununla belə, araşdırma gec saatlarda yeməyin birbaşa qaraciyər xəstəliklərinə səbəb olduğunu sübut etmir. Alimlər yemək saatlarını daha erkən vaxta çəkməyin qaraciyər sağlamlığına təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparmağı planlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 147 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrBədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
4 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabr100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
4 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabr