Müstəqil siyasət, qlobal nüfuz və sarsılmaz birlik

Müstəqil siyasət, qlobal nüfuz və sarsılmaz birlikDünyada münaqişələrin, qütbləşmənin və dini qarşıdurmaların dərinləşdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha çox ön plana çıxır. Məhz belə bir şəraitdə Azərbaycanın evsahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki təcrübəsi əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə, dini və mədəni müxtəlifliyə hörmətə əsaslanır. Ölkəmizdə müxtəlif dini icmaların dinc şəraitdə birgə yaşaması multikultural dəyərlərin cəmiyyət həyatındakı rolunu nümayiş etdirir. Dünyəvi dövlət quruluşu və müxtəlif mədəniyyətlərə açıq münasibət Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinə də möhkəm zəmin yaradır.

2008-ci ildən əsası qoyulan "Bakı Prosesi" və onun mühüm tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda dialoq mədəniyyətinin təşviqinə verdiyi töhfənin göstəricisidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev bu təşəbbüsün beynəlxalq aləmdəki yüksək statusunu xüsusi vurğulayıb: "Ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir".

Azərbaycanın bu istiqamətdə formalaşdırdığı beynəlxalq platforma göstərir ki, dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır. Bakı Forumuna qatılan nümayəndələr də birmənalı bəyan edirlər ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha zəruridir. Dövlətimizin başçısı çıxışında ölkəmizin bu tarixi missiyasını da diqqətə çatdırıb: "Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk".

Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz əsrlərdən bəri fərqli inancların dinc yanaşı yaşadığı unikal bir məkandır. Prezident İlham Əliyev xalqımızın malik olduğu bu zəngin dəyərlər sisteminə toxunaraq xüsusi qeyd edib: "Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk". Məhz bu zəngin irs və mənəvi təməl müasir Azərbaycan cəmiyyətində sarsılmaz həmrəyliyin və milli ideologiyamız ətrafında sıx birliyin formalaşmasını şərtləndirir. Ölkəmizdəki daxili sabitlik, xalq-hakimiyyət birliyi və etnik-dini baxımdan mövcud olan harmoniya Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır: "Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar".

Milli həmrəylik və daxili ahəngdarlıq həm də ölkəmizin ideoloji təhlükəsizliyinin zəmanətidir. Azərbaycanda daxili risklərin olmaması xalqımızın milli ideologiya ətrafında birliyindən qaynaqlanır. Ölkəmiz üçün potensial təhlükələr daxildən deyil, məhz xaricdən formalaşır və bu təhlükələr daha çox ideoloji xarakter daşıyır. Dövlətimiz ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib hesab edir. Əgər yaxın vaxtlara qədər suverenlik və təhlükəsizlik üçün əsas təhdid fiziki müdaxilə idisə, müasir dövrdə ideoloji müdaxilələr, xaricdən idarə olunan təbliğat maşınları da ciddi təhlükə kəsb etməyə başlayıb. Prezident İlham Əliyev də bu məqama diqqət yönəldib: "İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq".

Xüsusilə müstəqil xarici siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə qoruyan ölkələrin daxili işlərinə qarışmaq cəhdləri qətiyyən yolverilməzdir. Heç bir kənar güc və qüvvə Azərbaycana dərs keçə, yol göstərə, mühazirə oxuya bilməz. Başqa ölkələrə necə yaşamaq, hansı siyasi və ya sosial yolu seçmək barədə mühazirə oxumağa çalışanlar ilk növbədə özlərinə nəzər salmalı, daxili ziddiyyətlərini və problemlərini həll etməlidirlər. Qərbdə və digər mərkəzlərdə boy göstərən ikili standartlar, başqalarını mühakimə etmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Dövlətimizin başçısı bəzi xarici dairələrin məqsədli ideoloji hücumlarına və daxili işlərə qarışma cəhdlərinə də kəskin cavab verib: "İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?".

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək regional və qlobal miqyasda yeni reallıqlar yaradıb. Vətən müharibəsində böyük Zəfər qazanan dövlətimiz qalib gəldikdən sonra humanist və sülhpərvər mövqe nümayiş etdirib. Ölkəmizin ortaya qoyduğu bu presedent qlobal münaqişələrin tənzimlənməsi üçün nümunəvi modeldir. Prezident İlham Əliyev çıxışı zamanı bu məqamı xüsusi qeyd edib: "Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik". Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən dövlətimizin başçısı vurğulayıb ki, bu nümunə bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.

Azərbaycan bu gün yalnız regional deyil, qlobal enerji, nəqliyyat-logistika və diplomatik təşəbbüslərin mərkəzində durur. Ölkəmiz münaqişələrlə əhatə olunmuş mürəkkəb coğrafiyada sabitlik adası kimi çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın qlobal rolunun artmasını və beynəlxalq nüfuzunu bu cür diqqətə çatdırıb: "Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir".

Azərbaycanın yürütdüyü müstəqil və prinsipial siyasət qlobal güc mərkəzləri tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar bir daha göstərir ki, güclü ideoloji təhlükəsizliyi, milli həmrəyliyi və müstəqil xarici siyasəti ilə seçilən Azərbaycan qlobal sülhə, dialoqa və əməkdaşlığa töhfə verən nüfuzlu dövlətdir.

Əlövsət Allahverdiyev - "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 135   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

26 oktyabr
.

Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - Foto

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbət

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı

26 oktyabr
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

26 oktyabr
.

Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişiklikl

27 oktyabr
.

Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VI

27 oktyabr
.

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Məni

27 oktyabr
.

Azərbaycan Prezidenti: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

"Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. "Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazana

27 oktyabr
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:. "Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyay

28 oktyabr