İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu göndərdi
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.
İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 169 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhat
28 oktyabrABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?
Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanı
27 oktyabrForumda prezidentin çıxışı olduqca mühüm hadisədir
Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizli
28 oktyabrHikmət Hacıyevdən sülhlə bağlı çağırış
"Regionumuzda sülh gündəliyinə qarşı yönələn, onu pozmağa və zəiflətməyə çalışılan tendensiyalarda köhnə narrativlər yenidən gündəmə gətirilir və prosesin əleyhinə mübarizə vasitəsinə çevrilir". xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasə
26 oktyabrAzərbaycanın dünyaya təqdim etdiyi həmrəylik modeli
Müasir dünyanın qarşısında dayanan ən mürəkkəb məsələlərdən biri fərqli mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə malik insanların ortaq gələcək naminə necə əməkdaşlıq edə bilməsidir. Qloballaşma xalqları və cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırsa da, bu yaxınlaşma hər zaman qarşılıqlı anlaşm
29 oktyabr